Folklor instituti


Qaysın Quliyev (Qulilanı)



Yüklə 4,03 Mb.
səhifə134/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   130   131   132   133   134   135   136   137   ...   211
Qaysın Quliyev (Qulilanı) (1917, Kabarda-Malkar Respub­li­ka­sının Yuxarı Çeqemdəki Juvungu kəndi-1985) Uşaq­lıqdan xalq şeirinə böyük həvəs göstərən və onları əzbərləyən Qaysın ilk şeirini orta məktəbdə oxuyarkən yazmışdır. 1934-cü ildə isə “Qa­ra xalq” qəzetində şeiri çap olunmuşdur. Bolşeviklərin malkar xal­qını ağ günlərə çıxarması, sosializmin xalqlara bə­ra­bərlik, azad­lıq, əmin-amanlıq gətirdiyini tərənnüm və keçmişi tənqid edən gənc Qaysının dünyagörüşünün formalaşmasında Moskva mühi­tinin rolu böyük olmuşdur. 1935-ci ildə A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti Institutuna qəbul olunan gənc şair axşamlar SSRI Yazıçılar Ittifaqının nəzdindəki Ədəbiyyat Institutunun ali ədəbiyyat kurslarında dinləyici kimi iştirak edir. O, burada ta­nınmış şair, yazıçı və ədəbiyyatşü­nas­larla sıx ünsiyyətdə olmaqla yanaşı, gələcəyin bir çox istedadlı şair və yazıçıları ilə də dost­laşır. Moskva təhsili gənc şairi 37-ci il irticasından qurtarır.

1940-cı ildə vətənə dönərək ədəbiyyat müəllimi işləməklə ya­naşı, Nalçikdə “Salam ertenlik” (“Salam səhər”) şeirlər kitabını nəşr etdirir. Ikinci Dünya Savaşında Sovet ordusunun tərkibin­də faşizmə qarşı döyüşür. Savaşdan geri dönəndə artıq onun xal­qı sürgündə idi. SSRI Yazıçılar Ittifaqı Q.Quliyevin Nal­çik­də qalması və yaradıcılığını davam etdirməsi üçün hökumətdən icazə alsa da, o, xalqı ilə birlikdə olmağa üstünlük verir və Qırğızıstana gedir. Sürgündə də ardıcıl bədii yaradıcılıqla məş­ğul olan şairin əsərlərinin mətbuata çıxması əngəllənir. O, şeirlərini çox vaxt dostlarının və tanışlarının yanında saxlayır, qorxur ki, xüsusi xidmət orqanlarının əlinə keçər. 1957-ci ildə xalqı ilə birlikdə vətənə döndükdən sonra Moskvaya gedir, M.Qorki adına Ali Ədəbiyyat Institutunda təhsilini tamamlayır. Elə həmin il də onun sürgündə yazdığı şeirləri iki kitab halında çap olunur (Kuliyev Kaysın, 1958).

Q.Quliyevin poeziyası savaş dövrünün mücərrəd, pafoslu təsvirlərdən sadə və aydın misralara keçir, 1950-ci illərdə sanki yeniləşir, yer üzünün insanları və təbiətini üçün rahatsız olan bir filosofun düşüncələrinə çevrilir. Savaşdan qayıtmış şair-cəbhəçinin gözlərində dünya yeniləşmiş, onun ürəyinə yaxın və əziz olmuşdur. Şeirlərində şəxsi duyğu və həyəcanlarını, millət və vətən sevgisini anladan, təbiət təsvirlərinə üstünlük verən şairin əsərləri hakim dairələr tərəfindən müsbət qarşılanmır. Bütün bunlara baxmayaraq, şair 1961-ci ildə “Janngı kitap” (Yeni kitab), 1963-cü ildə “Kök çinarla” (Göy çinarlar), 1965-ci ildə “Jaralı taş“, 1967-ci ildə “Üyügüze igilik” (Evinizə yaxşılıq), 1969-cu ildə “Çumla qızaradılar” (Zoğallar qızardılar), 1972-ci ildə “Jer kitabı” (Torpaq haqqında kitab) şeir kitablarını çap etdirir. Bu kitablardan “Jaralı taş” (Yaralı daş) ona 1966-ci ildə M.Qorki adına Ədəbiyyat Mükafatını, “Jer kitabı” isə 1974-cü ildə SSRI Dövlət Mükafatını qazandırır.

Şair “Dərələrin nəğməsi“ (1946-51) silsilə şeirlərində və “Ja­ra­lı taş” kitabında öz xalqının tarixi keçmi­şin­dən, və­tənpərvərlik və müdrikliyindən bəhs edirdisə, “Lenin haq­qın­da dağlar dastanı”nda (1959-1960) V.I.Leninin ideyala­rını tə­rən­nüm edir və bu ideyaları bəşəriyyətin xilası kimi ta­nıt­mağa ça­lışırdı (ASE, 1979:266, 3-cü cild). Onun “Jer kitabı”, “Aşham” (1975), “Tünene. Bugün” (Dünən. Bu­gün, 1977), “Uçup barğan kanatlar” (Uçub gedən quş­lar, 1980), “Keçe bla tang” (Gecə ilə dan yeri) (1985) və b. ki­tab­la­rın­da toplanan şeirlər insanların mənəvi zənginliyinə, xalqlar dost­luğuna, yaşadığı bölgənin təbiət gözəlliklərinə həsr edilmişdir.

Ömrünün son illərində yazdığı və ya çoxdan yazıb, çap et­dirmədiyi bəzi şeirlər ölümündən sonra Nalçikdə çıxan üç cild­lik əsərlərinə, eləcə də 1997-ci ildə çap olunan “Tauvla turğan kadarda” (Dağlar duran qədər) kitabına daxil edilmişdir.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin