Folklor instituti


Azret Ismayıl ulu Semenov (Semenlanı)(



Yüklə 4,03 Mb.
səhifə136/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   132   133   134   135   136   137   138   139   ...   211
Azret Ismayıl ulu Semenov (Semenlanı)(1924, Qaraçay Çərkəz MV Uçkulan kəndi -2008). Qaraçayların ünlü ozanı Ismayılın oğlu olan Azretin şeirləri şairin ana dilinin gözlliyini və zənginliyini baxımından olduqça önəmlidir. Sürgündə çətin günlər yaşayan gənc şair vətənə döndükdən sonra ali təhsil ala bilir. 1963-cü ildə Qaraçay-Çərkəz Dövlət Universitetini bitirir.Şairin ilk kitabı “Cazuv ayla” (Yazı ayları) 1964-cü ildə çap olunmuşdur. Şifahi xalq ədəbiyyatından səmərəli bəhrələndiyindən və onu çağdaş şeir formaları ilə təqdim etdiyindən böyük oxucu marağı qazanmışdır. Buna görə də onun şeirləri yalnız anadilli oxucular tərəfindən deyil, asan çevriyə yatdığından rusdilli oxucular tərəfindən də rəğbətlə qarşılanmışdır. 1967-ci ildə “Seyir Ton” (Qərib kürk) və “Nür ciltinle” (Nur qığılcımları), 1974-cü ildə “Ananı kolu” (Ananın əli), 1991-ci ildə “Nasıb bolsa” (Kısmət olursa) və b. kitabları çap olunmuşdu.

Onu ana dilindən ən ustalıqla istifadə edən şair kimi tanıyırlar. Elə buna görə də Ömər Xəyyamdan, Rudəkidən, A.S.Puşkindən, Musa Cəlildən, Rəsul Həmzətovdan və b.dünyanın məşhur ədiblərindən etdiyi çevirilər qaraçay-malkar şerindən demək olar ki, fərqlənmir.

Bu ailədən baba Ismayılın da oğul Azretin də, nəvə Rakayın da şeirləri sevilə-sevilə oxunur. Fəlsəfi və lirik şeirləri ilə diqqəti çəkən Rakayın ana dilində və rusça 15-ə yaxın kitabı çap edilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin