Folklor instituti


Bədii nəsrin yaranması və formalaşması



Yüklə 4,03 Mb.
səhifə142/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   138   139   140   141   142   143   144   145   ...   211
3.6. Bədii nəsrin yaranması və formalaşması
1934-cü ildə çap olunan “Atasını cası” (“Atasının oğulu”) (yazarı Salix Xoçuyev, 1910-42) və “Maqomet bla karabin” (Ma­qomet ilə karabin) (yazarı Axmat Bilimğotov, 1910-60) ki­tabları qaraçay-malkarların çap olunan ilk bədii nəsr kitabları hesab edilir. Uzun illər rəhbər partiya-sovet işində çalışmış Xasan Appayev (Appalanı) (1904-1938) nəsr sahəsində məhsuldar yaradıcılıqla məşğul olmuşdur. Onun “Qara kübür” (Qara sandıq) romanının birinci cildi 1935-ci, ikinci cildi 1936-cı ildə çap olunmuş, əsə­rin üçüncü cildi isə 1937-ci ildə mətbəədən götürülərək məhv edilmişdir. Xabu Xatsıyevin (Xatsılanı) (1916-74) “Tamata”, Daut Bayqulovun (Bayqullanı) (1902-42) “Bekmurzanın ca­şa­vu” (Bekmurzanın yaşamı) hekayələri, Bert Qurtuyevin (Qur­tulanı) (1910-2001) “Bekir“ povesti, Maksim Qıttıvanovun (Qıt­tıvanlanı) (1916-86) “Künümü küzgüsü“ və Osman Xubi­yevin (Xubiylanı) (1918-2001) “Aybek” (yazarın Ikinci Dünya Savaşından sonra yazdığı “Assi” romanı daha məşhurdur və bu əsər qaraçay-malkarların XIX yüzildə Osmanlı dövlətinə sür­gü­nündən bəhs edir), Minaldan Şavayevin (Şavalan) (1957) “Mu­rat” (1958) romanları bu ədəbiyyatda nəsrin “qaranquşla­rından” sayıla bilər.

Qaraçay-malkar nəsrinin formalaşması və inkişafında 1960-cı illərdə Sovet rejimində baş verən yumşalma xüsusi rol oy­namışdır. Bundan sonra Xabu Xatsiyev (Xatsilanı) (1916-74), Janakayut Zalixanov (Zalixanlını) (1916-95), Xalimat Bayramukova (Bayramuklanı) (1917-96), Osman Xubiyev (Xu­biylanı) (1918-2001), Seyit Layranı (1925-2001), Sü­ley­man Babayev (Babalanı) (1932), Üzeyir Julbyev (Julblani) (1932), Eldar Qurtuyev (Qurtulanı) (1935), Jağafar Tokuma­yev (Tokumalanı) (1935) (o, malkar ədəbiyyatında ilk trilo­gi­ya­nın (1976-83) yazarı kimi tanınır), Alim Töppeyev (Töp­pe­lani) (1937), Mussa Batçayev (Batçalanı) (1939-1982), Zeytun Tolğrov (Tolğrlanı) (1939), Boris Çırıkov (Çırıklanı (1949) və b. nasirlər ordusu yetişdi.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin