Folklor instituti


(Türkiye dışındakı..., 2002:43, 20-ci cild)



Yüklə 4,03 Mb.
səhifə157/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   153   154   155   156   157   158   159   160   ...   211
(Türkiye dışındakı..., 2002:43, 20-ci cild).

Qumuqlar arasında Imam Şamil və onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında top­lanıb çap edilməmişdir. Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda “Koroğlu” kimi məşhur dastan isə nağıl janrında verilir. Hətta Koroğlu haqqında yır belə toplanmamışdır. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən və söyləyəndən toplan­mamışdır. Qumuq folklorunun toplanmasına ilk başlayan M.E.Os­manov olmuşdursa, sonrakı illərdə bu sahədə D.M.Şi­xa­lıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva, A.Haca­matov, A.Ha­cıyev, K.Abukov, A.K.Abdullatipov və A.M. Sultanmuratov, A.H.Hacıyev və başqaları böyük işlər görmüşlər. Siyasi sifariş­lərin azalmasından yararlanan qumuq folklorçuları son illər bir çox maraqlı nümunələr çap etdirmişlər. Miflərin, ovsun mətnlərinin, müstəmləkəçilərə qarşı döyüşmüş igidlərə həsr olunmuş yırların və s. çap edilməsi dediklərimizə nümunədir. Bütün bunlar qumuq xalqının əski çağlardakı dünyagörüşünü ortaya qoymağa imkan verir.



Insanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səs­ləyən atalar sözləri, “beynin idmanı” adlandırılan tapma­ca­lar (qumuqlar bu janra tapşurmalar deyir. Cavabları öz içəri­sində gizlədilən tapşurmaları qumuqlar çox vaxt yır və sarın şəklində söyləyir, cavablarını da eyni şəkildə verirlər), müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri, miflər, alqışlar, qarğışlar, bir sözlə, folklorumuz əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan vermişdir. Qumuq yazılı ədəbiyyatı uzun illər klassik ədəbiyyatdan ayrı salınmağa çalışılsa da, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin