Folklor instituti


Qumuq yazılı ədəbi dilinin formalaşmasında və ədə­biyyatının inkişafında Yaxsay və Töben (Aşağı) Qazanış kəndlərinin rolu



Yüklə 4,03 Mb.
səhifə165/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   161   162   163   164   165   166   167   168   ...   211
2.1. Qumuq yazılı ədəbi dilinin formalaşmasında və ədə­biyyatının inkişafında Yaxsay və Töben (Aşağı) Qazanış kəndlərinin rolu
Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar.

Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da gö­tü­rüb Yax­sayda qazi-şəriət hakimi işləyən atası Mol­la Hü­seynin yanına gedir (Köçərli Firudin, 1981:30, 2-ci cild.)

Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə - Şamaxıya qayıdır. Şair sonralar həmin günləri xatırlayaraq yazır:

Oldum ol gün ki, çardəh salə,

Düşmədim fikri-dövləti malə.

Eylədim arifanə kəsbi-ülum,

...Oxudum nəhvü -sərfü, fiqhü üsul,

Hikmətü heyət eylədim məhsul.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin