Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə168/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   164   165   166   167   168   169   170   171   ...   211
Manay Alibekov (1861, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Əlibəyzadə kimi də yazılır. Manay tikinti işçisi olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yaz­dığı əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qu­muq qızla­rının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mol­lalar“ və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir.

Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa­riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban­zadə onu “köy ve köylü şairi” adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir.

Şairin xalqının yaşamından bəhs edən şeirlərində olduqca zən­gin etnoqrafik materiallar var.

Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda çap et­dirmişdir.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin