Folklor instituti


Armiya Ali Sayram Nimşehit



Yüklə 4,03 Mb.
səhifə17/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   13   14   15   16   17   18   19   20   ...   211
Armiya Ali Sayram Nimşehit (1906 - 22.08.1972). 1906-ci ildə anadan olan Armiya Nimşehit yaradıcılığa klassık şeir ənənəsini davam etdirməklə başlamışdır. Dünyada baş verən dəyişikliklər, xaricə gəzməyə və oxumağa gedən uyğur şairlə­ri­nin yeni janrlarda və yeni formalarda şeirlər yazması Nimşe­hitə də təsirini göstərir.

O uyğur ədəbiyyatında klassik şeirlə müasir şeir arasında körpü yaradan bir şair kimi tanınmışdır. Onun şeirlərindəki vətənsevərlik, yeni bədii ifadə vasitələri, üslub əlvanlığı yeni uyğur şeirinə güclü təsir göstərmişdir. Şairin “Vatan muhəb­bəti”, “Yürək sözü” adlı şeir kitabları və“Pərhad ilə Şirin” adlı dastanı vardır.

Doğu Türküstanda “Hannin tesnip kilgan yeni işləri” (Xanın gördüyü yeni işlər) adı ilə çıxan qəzet 1924-cü ildən “Şincan qəziti”, daha sonra, yəni 1935-ci ildən Daniş Damollam tə­rəfindən “Aksu uçurliri” (Aksu xəbərləri) çap olunur. “Aksu uçurliri” (Aksu xəbərləri) qəzetinə 1939-ci ilə qədər Nimşehit redaktorluq etmişdir.

Şairə 1956-ci ildə Həcc ziyarətinə getmək nəsib olur. Həcc ziyarəti zamanı vətən həsrəti ilə “Sėşindim” (Darıxdım) adlı şeirini yazır:



Sėşindim mən, sėşindim mən, sėşindim

- Darıxdım mən darıxdım mən, darıxladım,

Vətən səni təşna bolup sėşindim

-Vətən sənə təşnə olub darıxdım.

Mihriz tolşan yürəkimdin sėşindim

- Sevginin dolduğu ürəkdən darıxdım.

Dolkunlişan kökrekimdin sėşindim

- Coşan bağrımdan darıxdım.

Onun şeirlərinin əsas mövzusunu vətən və millət sevgisi təşkil edir.


* * *

Klassik uyğur şeir ənənəsini yaşatmaqla onu yeniləşdirməyə çalışan, şeirlərinin əsas mövzusunu millətsevərlik və vətən­se-vərlik təşkil edən şairlər sırasında 1899-ci ildə Kaşqarın Ar­tuşta kəndində doğulmuş və 1982-ci ildə dünyasını dəyişmiş Abdü­laziz Mehsum, 1913-cü ildə Kaşqarda doğulmuş “Qara günlər”, “Rabiyə ilə Seyiddin” adında pyeslərin və “Zəfər xa­tirəsi”, “Tan faciası”, “Ladah yolunda karvan”, “Tuzimas çi­çək­lər” kimi kitabların müəllifi Ahmed Ziyati (1913-1989) və b. vardır.

Xalq həmişə milli azadlıq mübarizəsinə qalxanda şair oğ­lunu da öndə görmək istəyir. Onun sözünün bədii dəyə­rin­dən çox mübarizəyə səfərbəredici gücünə əhəmiyyət verir.

Bu dövrdə cədidçi aydınlardan Abdulqadır Damollam, Muhmədəli Əpəndi, Qutluqhaci Şevqiləri də yada salmaq gərəkdir. Bu böyük aydınlar Buxara, Kazan, Kırım, Bakı, Istanbul, Qahirə və b. şəhərlərdə illərcə oxumuş və so­nun­da vətənlərinə dönərək böyük əsərlər yaratmışlar. Onlar mil­lətinin yaddaşında izlər buraxsalar da, nə yazıq ki, zalımların qurbanına çevrilmişlər.
* * *


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin