Folklor instituti


Nabi Ibrahim oğlu Xanmurzayev



Yüklə 4,03 Mb.
səhifə173/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   169   170   171   172   173   174   175   176   ...   211
Nabi Ibrahim oğlu Xanmurzayev (1893, Teymurxanşura dai­rəsi, Töben (Aşağı) Qazanış -1950) Teymurxanşuradakı real­nı mək­təbi bitirdikdən sonra uzun illər öyrətmənlik etmişdir. Sə­mərəli pedaqoji fəaliyyətinə görə o, Dağıstan MSSR-in əmək­dar müəl­limi adını almışdır. Ədəbiyyata yır söyləməklə gələn şair ilk şei­rini 1919-cu ildə çap etdirmişdir. 1929-cu ildə isə “Göz yaşı içində gülüş” kitabı işıq üzü görmüşdür. Bundan başqa “Enеçi vа Emçi” (Loğman və mamaça), “Qisasçılar” pyeslərinin ya­za­rı olmuşdur. Onun sa­tirik şeirləri, pamfletləri qumuq ədəbiyyatını zən­ginləşdirmişdir. “Mahnılar və şeirlər”, “Savaş şeirləri”, “Seçil­miş əsərləri” kitab­ları da vardır. Qumuq satirasının ustası kimi tanınmışdır.

Şairin adını Azərbaycanda Nəbi Xanmurza kimi yazıblar. Tə­lət Əyyubov şairin “Boçkanın (Çəlləyin) şikayəti” şeirini di­li­mizə çevirmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959: 41-44).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin