Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə176/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   172   173   174   175   176   177   178   179   ...   211
Alimpaşa Salavatov (1901, Tersk vilayətinin Yaxsay kən­di-1942, Ikinci Dünya Savaşı). Ilk yaradıcılığa Zey­nalabidin nəşr etdirdiyi „Tanq çolpan“ jurnalında və „Işçi xalq“ qəzetində nəşr edilən əsərlərin təsiri altında başladığını ya­zırlar. Bakıda təhsil alması onun yaradıcılıq yolunu dəyişmişdir. 1931-ci il­də Dağıstan Pedaqoji Institutunu bitirdikdən sonra kəndlərindəki məktəbdə və Buynakskdakı pedaqoji texnikum­da müəllim, SSRI EA Dağıstan filialında Tarix, Dil və Ədə­biy­yat Institu­nun­da elmi işçi kimi çalışmışdır. Ilk şeirlər kitabı 1925-ci ildə çap olu­nmuşdur. Folklor materialları və Yırçı Kazakın şeirlərini toplamışdır.

Ədəbiyyata şeirlə gəlsə də sonradan dramçılığa marağı artmış, “Ayqazi”, “Qırmızı partizanlar” “Qarasaç” pyeslərini yazmışdır. Ilk iki pyesi uzun illər fasiləsiz şəkildə Dağıstan teatrlarının səh­nələrindən düşməmişdir. Qumuq xalq ədəbiyyatından nümunələri “Çiçəklər” adı altında toplamışdır. Ona Dağıstanın əməkdar incə­sənət xadimi fəxri adı vermişlər. “Dəmirçiyə”, “Qulaq as!”, “Mək­təb”, “Günəş necə danışır”, “Rezin top” şeirləri Z.Cabbar­zadə­nin tərcüməsində Azərbaycanda çap olunmuşdur (Dağıstan ədə­biy­yatı antologiyası, 1959:36-38).

Bakıda Bəkir Çobanzadə, Əziz Ubaydullin, Xalid Səid Xocayev, Abdulla Şərifov və b. araşdırıcılarla yaxından tanış olmuş və öyrətmənlərinin yarat­mış olduğu əksinqilabi qrupa qoşulmuşdur. Bəkir Çobanza­də­nin 1937-ci ildə həbs edilərkən müstəntiqə verdiyi ifadədən aydın olur ki, SSRI-dən ayrılmaq şərtilə türk-tatar xalqlarının vahid müstəqil dövlət halında birləşməsi (Vahid Turan Döv­ləti) məqsədini qarşıya qoymuş qrupların birinin tərkibində Alimpaşa Salavatov da varmış (Istintaq sənədlərində onun adı Alim Paşa-Solqar kimi qeyd olunur) (Babayev Adil, 2003:85). Onun daxil olduğu 3-cü qrupda Atababa Musaxanlı, Hənəfi Zey­nallı, Abdulla Tağızadə, Xalid Səid Xocayev kimi elm xa­dimləri ilə yanaşı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq kimi şairlər və başqa elmi-pedaqoji işçilər də olmuşdur. (Babayev Adil, 2003:89).

Alimpaşa Salavatovun 1937-ci ildə həbs edilib edilmədiyindən və həmin illərdəki taleyindən xəbərsizik. Bildiyimiz odur ki, Ikinci Dünya Savaşına göndərilmiş və Kırımda gedən döyüş­lərdə ölmüşdür.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin