Folklor instituti


Yusup Arsu oğlu Qereyev (Yakov Yakovleviç Sirmais) (



Yüklə 4,03 Mb.
səhifə177/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   173   174   175   176   177   178   179   180   ...   211
Yusup Arsu oğlu Qereyev (Yakov Yakovleviç Sirmais) (1903. Dağıstan Kafır-Kumuk (Teymurxanşura) kəndi-1941. Ikin­ci Dünya Savaşı). Qumuq ədəbiyyatının inkişa­fın­da xidməti olanlardan biri də milliyyətcə latış olan Yusup Qe­reyevdir. Ondan söhbət açanlar şair, publisist, bəstəkar, pe­şə­kar qumuq teatrının əsasını qoyanlardan biri kimi tanıdırlar.

Dağıstanda yaşayan və müəllim işləyən latış Yakov Sir­mai­sin oğlu sonralar Yusup kimi tanınır. Bu da səbəbsiz deyil. Ona uşaqlıqda Yakov adı verilmişdi. Valideynlərini itirən uşa­ğı atasının dostu Avqustin Skrabe himayəsinə götürür və onun təlim tərbiyəsi ilə məşğul olur. Avqustin Skrabenin inqilabi fəaliyyətə görə həbs edilməsi balaca Yakovun yenə də kimsəsiz qalmasına səbəb olur. Bu də­fə onu Xalimbek kəndindən olan qumuq Arsu Qereyev hi­ma­yəsinə götürür (bəzən onun atasının adı Hacıyeviç kimi də yazılır. Bunun haradan qaynaqlandığını aydınlaşdıra bilmədiyimiz kimi, Ikinci Dünya Savaşında öldüyü göstərilən ədibin adının nədən repressiya qurbanları siyahısına düşdüyünü və 1940-cı ildə öldüyü yazmalarının haradan doğduğunu da bilmədik-Ə.Ş.).  Gələcək yazıçıya Arsu ölmüş qardaşı Yusupun adını və özlərinin familiyalarını verir. Uşaq­lığını Işkartı kəndində keçirən Yusup qumuq dilini ana dili kimi öyrənir.

Kənddəki məktəbi bitirdikdən sonra onu Azər­baycana pedaqoji seminariyaya oxumağa göndərirlər. Bakının qaynar mühiti yeniyetmə Yusupa güclü təsir edir. Mirzə Ələk­bər Sabirin (1862-1911) şeirləri ona güçlü təsir göstərir. Geri döndükdən sonra ictimai-siyasi işlərdə fəallıq göstərdiyinə, qəzetlərə məqalələr yazdığına, hekayələrini çap etdirdiyinə gö­rə partiya-sovet rəhbərlərinin diqqətini özünə çəkə bilir.

1924-cü ildə onu Rostov şəhərindəki diyar hüquqşünaslıq kursuna oxumağa göndərirlər. Kursu bitirib geri döndükdən sonra Dağıstanın prokurorluq orqanlarında işləsə də, bədii yara­dıcılıqdan əl götürmür. 1925-27-ci illərdə Sovet ordusunda əs­gəri xidmətini başa vurduqdan sonra yenidən Dağıstana qayidan Yusup partiya-sovet təşkilatlarında işləyir. Dövrün ideoloji tələblərinə cavab verən satirik hekayələr çap etdirir.



Daqqaze nəşriyyatı 1927-ci ildə yazıçının qumuq dilində “In­sanın bədbəxtliyinin dərmanı”, 1928-ci ildə “Yolgöstərən”, “Inq paydalı dualar” (Ən faydalı dualar) hekayələr kitablarını oxucu mühakiməsinə verir. 1935-ci ildə isə Quzey Qafqaz Di­yarşü­naslıq Nəşriyyatı yazıçının rus dilində “Neudaça” (Uğur­suzluq) kitabını, Daqqaze nəşriyyatı isə qumuq dilində „Şimaldan qel­qen yazbaşı“ (Quzeydən gələn bahar) hekayələr kitablarını nəşr edir. „Molla Nasritdinin sapar yoldaşı“, “Biyler va adat­lar” (Bəy­lər və adətlər) hekayələrini yazan Yusup dramçılıqda da qə­ləmini sınayır. Otuz il Quzey Qafqaz xalqlarının Rus işğal­çılarına qarşı mübarizəsinə rəhbərlik etmiş Şamildən bəhs edən “Kim kimni? ” (Kim kimi), “Manap” pyeslərini də yazır. Bu pyeslər ta­maşaçılar tərəfindən maraqla qarşılanır. Dağıstandakı Qumuq Dram Teatrı ona bir-birinin ardınca Midvaninin „Şə­rəf“, Krase­vanın “Mayakın işıqları”, “Zirvə“, “Biz gedirik“ pyes­lərini qu­muq dilinə çevirməyi sifariş verir. Onun çevirdiyi əsərlər səh­nə­ləşdirilir və tamaşaçılar tərəfindən alqışlarla qar­şılanır. Y.Qe­re­yev o dövrdə dəbdə olan, maraqla oxunan, film çəkilən D.Fur­manovun irihəcmli „Çapayev“ romanını da qumuqcaya çevirir.

Yaradıcılıq sahəsində uğurlarını və təşkilatçılıq bacarığını nəzərə alıb 1936-ci ildə onu SSRI Yazıçılar Ittifaqı Dağıstan MSSR şöbəsinə katib təyin edirlər. Təşkilatın işini canlan­dır­maq və yazıçıları ideoloji yönlü əsərlər yazmağa istiqamət­lən­dirmək məqsədilə 1936-cı ilin sentyabrın 30-da “Komsomolets Daqestana” qəzetində “Gənc yazıçıların vəzifələri haqqında” məqaləsini çap etdirir. Məqalə böyük əks-səda doğurur. Bu da rəhbər partiya-sovet işçilərinin istəklərinə cavab verirdi.

Ikinci Dünya Savaşına göndərilən Yusup Qereyev oradan geri dönmür.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin