Folklor instituti


Kamal Ibrahim oğlu Abukov (



Yüklə 4,03 Mb.
səhifə181/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   177   178   179   180   181   182   183   184   ...   211
Kamal Ibrahim oğlu Abukov (02.03.1938, Xasavyurt ra­yo­nunun Çağar Otar kəndi). Yaxsay kəndindəki orta məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Universitetinin filologiya fa­kültəsində oxumuşdur. 1963-cü ildə ilk hekayələri “Kıvıl­cım­lar” ad­ı ilə Mahaçqalada kitab şəklində çıxmışdır. Qəzetdə müx­bir, nəş­riyyatda redaktor, Xasavyurt rayon qəzeti “Dost­luq”da re­daktor, televiziyanın bədii verilişlər redak­si­ya­sında baş redaktor, Sov.IKP Dağıstan Vilayət Komitəsində müxtəlif vəzifələrdə işləmiş Kamal Abukovu Sov.IKP yanında Ictimai Elmlər Aka­demiyasına oxumağa göndərmişlər. Sonrakı illərdə o ardıcıl elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılığını da davam etdirmiş, ictimai siyasi işlərdə fəallıq göstərmişdir. SSRI EA Dağıstan filialının Tarix, Dilçilik və Ədəbiyyat Institutunda çalışmışdır. Ha­zır­da filologiya elmləri doktoru olan və Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru olan Kamal Abukovun müxtəlif dil­lərdə 20-ə yaxın kitabı çap olunmuşdur. Dağıstan xalqlarının ədə­biyyatının rus dili vasitəsilə dünyada tanıdılmasına çalışan alim yazıçının “Üz- üze” (1965), “Xalqdan gizləyərək” (1973), “Ocaqda od sönmədən” (1974), “Balyurtun işıqları” (1980), “Köhnə dəyirmana gedən yolda” (1983), “Hələ savaşda kimi” (1989) nəsr əsərləri çap olunmuşdur. 1967-ci ildə Dağıstanda çap olunan “Mən suçluyam, Məryəm” adlı hekayəsi rus dilinə çevrilərək 1980-ci ildə Moskvada da nəşr edilmişdir.

Onun “Məryəm”, “Ssora”, “Qəza”, “Küçədə çamadan” pyes­ləri Alimpaşa Salavatov adına Qumuq Musiqili Dram Teatrında və Həmzət Sadasa adına Avar Musiqili Dram Tea­t­rın­da tamaşaya qoyulmuşdur.

2001-ci ilin iyulun 11-də Dağıstan Respublikası preziden­ti­nin imzaladığı sərəncamla Kamal Abukova Rəsul Həmzətov adına Dövlət Mükafatı verilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin