Folklor instituti


Badrutdin Mahammat oğlu Mahammadov



Yüklə 4,03 Mb.
səhifə182/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   178   179   180   181   182   183   184   185   ...   211
Badrutdin Mahammat oğlu Mahammadov (03.08.1943, Qarabudaxkənt rayonunun Kakaşura kəndi). Onun ömür yo­lundan söz açanların bir çoxu Balçar Abdurahimin oğlu Ma­ham­matın ailəsində doğulduğunu, o anadan olmamış atasının Ikin­ci Dünya Savaşında itgin düşdüyünü, rayon mərkəzindəki in­ternat məktəbi medalla başa vurduğunu, yeniyetmə yaşlarından ədəbiyyata həvəs göstərdiyini yazırlar.

1963-67-ci illərdə Bakıda Xəzər Hərbi Dəniz Donanma­sın­da matros olan Badrutdin əsgəri xidmətini başa vurduqdan son­ra vətənə qayıdır. Onu Moskvaya Ümumittifaq Lenin Kom­mu­nist Gənclər Ittifaqı Mərkəzi Komitəsi nəzdindəki Beynəl­xalq Komsomol Məktəbinə oxumağa göndərirlər. Məktəbi bi­tir­dik­dən sonra Lenin (kənd) rayon Komsomol Komitəsində işləyir.



1972-ci ildə Dağıstan Dövlət Universitetinin filologiya fa­kültəsini bitirir. Az zamanda ədəbi aləmdə özünə böyük nüfuz qazanan Badrutdinin 1968-ci ildə Mahaçqalada “Irisim” (Çiçə­yim) adlı şeir kitabı nəşr olunur. Onu Moskvadakı M.Qorki adina Ədəbiyyat Institutuna oxumağa göndərirlər. 1977-ci ildə ora­nı bitirir və həmin il də SSRI Yazıçılar Ittifaqına üzv qəbul edilir.

Dağıstan Televizya və Radio Verilişləri Komitəsində qumuq redaksiyasında redaktor, Alimpaşa Salavatov adına Qumuq Mu­si­qili Dram Teatrında ədəbi hissə müdiri, “Literaturnıy Daqes­tan” jurnalının qumuq şöbəsinin redaktoru və Dağıstan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə işləyən Badrutdin ardıcıl bədii yaradıcılıqla məşğul olan məhsuldar şairlərdəndir. O, xalq əfsanələrindən müxtəlif ədəbi üsullardan istifadə edərək uşaqlar üçün tapmacalar, nağıllar şəklində şeirlər yazmışdır.

Xalqın sıxıntıları, millətinin başına açılan oyunlar, 1920-ci illərdən başlayan və 1937-ci ildə kütləviləşən repressiyalar, savaşlarda öldürülənlərin taleyi şairin üsyankarcasına qələmə aldığı mövzulardan olmuşdur.

Onun “Geçikgen yolavçu” (Gecikən yolçu), “Macnunnu gö­nürevü” (Məcnunun zümzüməsi), “Erşı qız” (Çirkin qız), “Ömür­nü sırı” (Ömrün sirri), “Yanızlıq yargan yürek” (Yal­qız­lığın üzdüyü ürək”, “Paşmanlıqnı yaşları (Peşimançılıq uşaq­ları), “Talaysız” (Talesiz), “Ananı yoravu” (Ananın diləyi), “Naz­lanıv” (Nazlanış) və başqa şeirləri xalq tərəfindən sevilə-sevilə oxunur.

Şeirlərini əsasən Badrutdin imzası ilə çap etdirən şairin “Geçenin gözyaşları”, “Izatli”, “Balçaralar” (Bal təknələri), “Tavan pencereleri”, “Süyünçü”, “Atama kağız” (Atama mək­tub), “Purxa tereze”, “Üçüncü arivlük” (Üçüncü gözəllik), “Tüş namaz” (Öylə namazı) və b. kitabları qumuqca, “Tretya krasota” (Üçüncü gözəllik), “Tropa” (Çığır), “Blaqaya ves” (Müj­də) və b. kitabları isə Moskvada Sovremennik nəşriyya­tında rusca çap olunmuşdur.

Dağıstan Pedaqoji Tədris Nəşriyyatı şairin uşaq və gənclər üçün yazdığı şeirləri 1975-ci ildə “Qış zarafatı”, 1990-cı ildə isə “Göyə pəncərə” adı altında nəşr etmişdir. Dünya klassiklərinin əsərlərinin ana dilinə çevrilməsində də böyük əməyi olan Bad­rutdin V.Şekspirin “Hamlet”, “Maqbet” faciələrini çevirdiyinə görə Eyvone çayı üzərindəki Stradford şəhərindəki Beynəlxalq Şekspir Mərkəzinə üzv seçilmiş və B. Brextin “O əsgər də, bu əsgər də bir kimi” əsərini uğurlu çevirdiyinə görə 1981-ci ildə SSRI-də Alman Pyesləri üzrə Festivalın diplomunu almışdır. 1981-ci ildə SSRI-nin nüfuzlu ədəbi jurnallarından olan “Druj­ba narodov”un da mükafatı Badrutdinə verilmişdir.

Dram əsərlərini çevirməklə yanaşı. özü də qələmini bu sa­hədə sınayaraq bir neçə səhnə əsəri yazmışdır. Onun “Cənnətin əzabı” əsəri böyük səs-küyə səbəb olmuşdur. Əsərə görə təzyiqlər artmış, onu “Dağıstanın Salman Rüşdüsü” də adlandırmışlar. “Cən­nətin əzabı” rus dilinə çevrilərək Moskvada çap olunduq­dan sonra da təzyiqlər azalmamış, ara sıra yenə də onu mət­buatda sərt tənqid edirlər.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin