Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə184/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   180   181   182   183   184   185   186   187   ...   211
Rəsul Mirzə oğlu Rəsulov (1912, Teymurxanşura şəhəri-1977). Qumuq nasirləri sırasında adı ilk sırada çəkilir. Rəsul orta məktəbi Azərbaycan türkcəsində bitirmişdir. Buna görə də Azərbaycanda gedən ədəbi prosesləri diqqətlə izləmiş, necə de­yərlər, onun içərisində olmuşdur. 1934-cü ildə “Kabalay qəhrə­man­ları” povestini çap etdirmişdir. Kiçik hekayələri, roman, povest, felyeton və oçerkləri ilə oxucu qəlbinə yol tapan yazıçı C.Cab­barlının “Solğun çiçəklər” pyesini, Mehdi Hüseynin “Komis­sar” povestini, Ə.Abbasovun “Zəngəzur” romanını qumuq türk­cəsinə çevirmişdir. Əsərləri Özbəkistanda, Bolqarıstanda, Pol­şada, Vyetnamda və b. ölkələrdə çap olunmuşdur.

SSRI Yazıcılar Ittifaqı Dağıstan şöbəsində qumuq bölmə­sinə rəhbərlik edən Rəsul Rəsulov rusca “Daqestanskiy Kom­somolets” qəzetinin redaktoru, “Lenin yolu” (qu­muq türkcəsində) qəzetinin şöbə müdiri işləmişdir. Onun “Ana” hekayəsini N.Nağıyev dilimizə çevirərək çap etdirmişdir (Dağıs­tan ədəbiyyatı antologiyası, 1959:141-171).




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin