Folklor instituti


Şeyit Xanım Arslanəli qızı Alişeva



Yüklə 4,03 Mb.
səhifə190/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   186   187   188   189   190   191   192   193   ...   211
Şeyit Xanım Arslanəli qızı Alişeva (1949, Xasavyurd ra­yo­nunun Bammatyurt kəndi.) Ata babası Tarqulu kəndindən olan Şeyit Xanım Buynaksk Pedaqoji Texnikumunu bitirdik­dən sonra uşaq evində tərbiyəçi, SSRI Yazıçılar Ittifaqının Dağıstan MSSR şöbəsinin kitabxanasında işləmişdir. Ilk şeirlərini texnikumda oxuyarkən yazan və 1961-ci ildə “Lenin yolu” qə­zetində çap etdirən Şeyit Xanımın şeirləri sonra “Dostluq” jur­nalında da çap olunur. Gənc yaşlarından istedadı ilə seçildiyinə görə onu Moskvaya, M. Qorki adına Ədəbiyyat Institutunda oxumağa göndərirlər. Oranı bitirib geri döndükdən sonra “Da­ğıstanlı qadın” jurnalında işləyir.

1968-73-cü illərdə “Mosfilm”də tərcüməçi işləyən şairin ilk kitabı 1975-ci ildə çap olunur. Sonrakı illərdə “Yolda yır” (1981), “Salıncak” (1984), “Mən rəqs edirəm” (1986) və başqa kitablarını çap etdirmişdir. 1984-cü ildə ilk şeir kitabını Moskvada çap etdirən Şeyit Xanımın imzası sonralar da rusdilli mət­buat­da görünmüşdür.

Millətinin ictimai-siyasi məsələlərində öndə gedən şair keçmiş ənənələrdən bacarıqla istifadə edir, dini mövzularda da şeirlər yazır. O, yetişməkdə olan ədəbi nəsli minillik ənənəsi olan dini və milli dəyərlərdən yararlanmağa həvəsləndirir. “An­tım bar” şeirində yazır:

Meni nem bar, nem bar, nem -

Kumukluqum bar ünem!

Tenqirden tuv xalkım bar.

Tüzüm-tax, kök-kalkım bar.

Dağıstanım, Tarqum bar,

Denqiz-derya barğum bar.

Meni nem de bar, nem de -

Aykız, Korkut Dedem de.

Özden Qazaq Yırım bar.

Asrulardan sırım bar

Bar meni Minküllüdey -

Min hasiret batırım. (Karcıqa, 2002: 155)

Şair 1995-ci ildə Mahaçqalada çap etdirdiyi “Süy!Yılla! Süün!” (Sevgi, kədər, xoşbəxtlik), 1990-cı ildə Moskvada “So­vet­skiy pisatel” nəşriyyatında çap etdirdiyi “Plaç, lyubi, vs­pominay…”, 2002-ci ildə uşaqlar üçün hazırladığı “Uyan, Tur!” və başqa kitablarını avtoqrafla mənə bağışlamışdır.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin