Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə24/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   20   21   22   23   24   25   26   27   ...   211
Muhammətəli Zunun (1939, Kaşqar şəhərinin Saqiyə mə­həlləsi) xırda alverlə məşğul olan bir ailədə doğulmuşdur. 1955-1958-ci illərdə sabiq Şincanq Institutunun dil-ədəbiyyat fakültə­sində oxumuş, ali məktəbi bitirdikdən sonra uzun illər müxtəlif kəndlərdə ədəbiyyat müəllimi işləmişdir. Ilk yaradıcılığa şeirlə başlayan Muhammətəli klassik irsdən səmərəli bəhrələ­nərək ahəngdar lirik poeziya nümunələri yaradıb. “Vüsal sə­həri”, “Gülmihri”, “Qucaqla, o, sənin dədən” şeirlər kitabını oxu­cuların mühakiməsinə vermişdir.

Onun 80-ci illərdə çap etdirdiyi “Iki oxuğucum”, “Quş məs­cid”, “Münapiqin ölümü” və başqa kitablarındakı nəsr nü­munələri uyğurlar arasında ən çox oxunan və ən çox sevilən əsərlər sayılır. Muhəmmətəli Zunun ədəbi yaradıcılığa vicdan­la yanaşan uyğur ədiblərindəndir. Hansı janrda yazmasından asılı olmayaraq əsərləri həmişə diqqət mərkəzində olur. Onun “Gömülməz izlər” faciəsi daha məşhurdur. Abdurihim Ötkürün 1910-cu illərin hadisələrini əks etdirən “Iz” tarixi romanı əsasında yazılmış faciə milli qəhrəman Tümür Xəlpinin zülm­kar şaha qarşı mübarizəsindən bəhs edir.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin