Folklor instituti


Key Words: Xinjiang-Uyghur, literature, folklore, mo­dern dramaturgy, theatre, opera



Yüklə 4,03 Mb.
səhifə29/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   25   26   27   28   29   30   31   32   ...   211
Key Words: Xinjiang-Uyghur, literature, folklore, mo­dern dramaturgy, theatre, opera.

ƏN GƏNC ƏDƏBIYYATLARDAN BIRI –

QAQAUZ TÜRKLƏRININ ƏDƏBiYYATI
Özət: Qaqauzların yazılı ədəbiyyatı türk xalqları arasında gec-19-cu yüzildən formalaşmağa başlamışdır. Azərbaycanda da qaqauzların tanıdılmasına 20-ci yüzildən başlansa da orta çağ qaynaqlarında burada Qaqauz kəndinin olduğu göstərilir.

Indiki Moldova Respublikasının bir hissəsi olan Qaqauz Yeri Muxtar Respublikasının başkəndi Komratdır. Bölgə bu gün də xalq arasında və coğrafi vahidlərdə Bucaq adlanır. Azərbaycanın Qəbələ rayonunda da Komrat adlı dağ və pir, ocaq var. Həmin bölgədə 20-ci yüzilin başlarında 7 Bucaq kəndi olmuşdur. Indi onların sayı 3-ə ensə də, bucaq adını yaşadan başqa toponimlər də qeydə alınmışdır. Bunlar heç də təsadüfi oxşarlığa bənzəmir.

Qaqauz türklərinin ədəbi dilinin inkişafında 20-ci yüzilin ilk onilliklərində yaşamış nüfuzlu din xadimi Mixail Çakırın yazdığı və tərcümə etdiyi dini duaların, tarixi və etnoqrafik mə­qalələrin rolu olsa da əsaslı dəyişiklik 1957-ci ildə kiril qra­fikasi əsasında əlifbanın yaradılmasından sonra baş vermişdir. Belə ki, orta məktəblərdə ana dilində dərslər keçirilməyə baş­lamış, qəzetlərdə qaqauz türkcəsində səhifələr hazırlanmış, dərs kitabları basılmışdır.

Qaqauz türklərinin yazılı ədəbiyyatının formalaşmasında Mixail Çakırdan (1861-1938) sonra Nikolay Arabacı (1893-1960), Nikolay Tanasoğlu (1895-1979), Dionis (Dəniz) Tana­soğ­lu (1922-2006), Nikolay Baboğlu (1928-2008), Mina Kösə (1933-99), Dmitri Karaçoban (1933-86), Qavril Qaydarcı (1937-98), Stepan Kuroğlu (1940-2011), Qeorgi Taşoğlu (1948), Vasi Filioğlu (1949), Petr Moysa (1951), Mariya Mer­canka (1951), Stepan Bulqar (1953), Todur Marinoğlu (1955), Petr Çebotar-Qaqauz (1957), Dmitri Ayoğlu (Novak) (1957), Todur Zanet (1958), Andrey Koçancı (1953), Qenov Georgiy (1959), Lyubov Çimpoeş (1958), Petr Yalancı (1964-2004), Tanas Karaçoban (1965), Tina Sürma (1965), Tudora Arnaut (1970), Güllü (Valentin) Karanfil (1972) və b. böyük əməyi olmuşdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin