Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə45/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   41   42   43   44   45   46   47   48   ...   211
(“Qaqauzstanım”)

D.Tanasoğlunun 1906-cı ildə qaqauzların öz haqları uğrun­da mübarizəyə qalxmasından bəhs edən “Bucakda yalın” pyesi 1978-ci ildə Komrat şəhərində özfəaliyyət kollektivi tərəfindən göstərilmişdir. Bununla da qaqauz ədəbiyyatında dramçılığın əsası qoyulur. Istedadlı dramçı kimi tanınan D.Tanasoğlu “Oğ­lan, həm Länka”, “Bucakta yalın”, “Keykavus” pyeslərini yaz­maqla yanaşı, dünya ədəbiyyatı klassiklərinin də bir sıra əsər­lərini ana dilinə çevirmişdir. Onun poeziya sahəsində də tər­cüməçilik fəaliyyəti uğurlu olmuşdur. Belə ki, A.S.Puşkin, M.Y.Lermontov, A.Krılov, A.A.Nekrasov, V.V.Mayakovski, A.T.Tvardovski, M.Eminesku, E.Bukov, Səməd Vurğun, Aşıq Ələsgər və b. şairlərin əsərlərini qaqauz türkcəsinə çevirdiyi kimi, öz əsərlərini də rus, moldovan dillərinə, eləcə də Azər­baycan, türkmən və tatar türkcəsinə çevirtdirmişdir.

Qaqauz türkcəsində dərsliklərin hazırlanmasında böyük əmə­yi olan şair uşaqların başa düşəcəyi tərzdə vətənpərvərlik şeirləri yazmış və Türk dünyasının ədəbi örnəklərini də ilk də­fə dərs kitablarına qoymuşdur. Qaqauzların muxtariyyat əldə etmək uğrunda mübarizəsinə sözü və səsi ilə qatılan D.Ta­nasoğlu “Qaqauzstan” adlı iki şeirin də yazarıdır.

Onun “Uzun karvan” romanı qaqauz ədəbiyyatında hadisə kimi qarşılanmışdır. Q.Q.Markesin “Yüz il tənhalıqda” roma­nından sonra Çingiz Aytmatovun “Ağ gəmi”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, Azər­baycanda Mövlud Süleymanlının “Köç”, Yusif Səmədoğlunun “Qətl günü” və b. romanları meydana çıxmışdır. “Uzun kar­van” romanında da həmin əsərlərdə olduğu kimi, xalqın keç­miş­dən bu günə gəldiyi yol miflərin dili ilə oxucuya çatdırıl­mışdır.

“Uzun karvan” romanı bir uşağın qocadan öz xalqının tarixi, dədə-babalarının keçib gəldikləri yol barədə soruşması ilə başlayır və sual-cavab şəklində davam etdirilir. Yazar bəzən roman üslubundan uzaqlaşaraq tarixi faktları bir araşdırıcı kimi versə də, oxucusunu yormur. Əksinə, oxucuya türk xalqlarının tarixi, oğuzların keçdiyi yol, tarixin müxtəlif dönəmlərində oğuzların bir qolu olan qaqauzların oynadıqları rol haqqında maraqlı bilgiləri bədii şəkildə təqdim edir.

SSRI Yazarlar Ittifaqının üzvü olan Tanasoğlu kiril əlifbası əsasında yaradılmış yeni qaqauz əlifbası ilə çap olunan ilk kitabın-“Bucaktan sesler” toplusunun tərtibçisidir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin