Folklor instituti


Prof. Dr. Hüseyn ISMAYILOV



Yüklə 4,03 Mb.
səhifə5/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   2   3   4   5   6   7   8   9   ...   211
Prof. Dr. Hüseyn ISMAYILOV
BÖYÜK ƏDƏBIYYATIN

CAVAN ŞAXƏLƏRI
Göstərişlə yazmaq mənim üçün ən ağır, ən çətin və ən üzü­cü iş olub. Buna baxmayaraq sovet dövründə 20 ilə yaxın, gös­tərişlə yazmalı olmuşam. Həmin zamanlarda redaksiyaların tap­şırığı ilə partiya və komsomol komitələrinin iclaslarından he­sa­batlar, bir sıra müsahibələr, xəbərlər yazıb qonorarını al­sam da, imzamı qoymurdum. Imzamla çap olunmuş 500-dən çox mə­qaləmin isə bu gün 60-70-nə imzamı qoyaram. Qalanı ürə­yimdən olmasa da, məcburən yazdığım, qonorarını aldığım məqalələrdir.

...Kiçik yaşlarımda dağlarımızda axtarış aparan geoloqlarla tez-tez rastlaşırdım. Zod qızıl yataqları adıyla məşhurlaşan, ora­dan qızıl çıxarılması üçün planlar hazırlayan bu insanların işi mənə romantik və cəlbedici görünürdü. Buna görə də bö­yü­yüb geoloq olmaq arzusuyla yaşayırdım. Düşünürdüm ki, Göy­çə dağları filiz yataqları ilə zəngindir, onları kəşf etsəm, vətə­nimə və millətimə xeyir vermiş olaram.

Göyçənin yayı sərin və səfalı, qışı isə çox sərt keçir, az qala altı ay dağlardan qar ərimirdi. Vay o günə ki, qışda təzə qar yağandan sonra külək əsəydi. Onda çaylarda su da “yoxa çixırdı”, adamlar su içmək, mal-qaranı suvarmaq üçün qar ərit­məli olurdular. Əsən külək qarı qapıların arxasına yığdığından evdən çölə çıxmaq olmurdu. Göyçənin qışını Aşıq Ələsgər yaddaşlara belə hopdurub:


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin