Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə57/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   53   54   55   56   57   58   59   60   ...   211
(Ana Vətənim)

O, doğulduğu Dmitrovka kəndini gerçək yaşam hekayələ­rində və şeirlərində daim yad edir. Əsərlərinin qəhrəmanları kəndindəki insanlar, təbiət mənzərələri də gerçəkliklərdir.

Küüyümün kenarında,

Neredä çeşmä

Yolcazlar bayırlardan

Su iner içmää.

Kim ister türkü çalmaa,

Ko gelip gelsin,

Küyümün kenarında

Su serin içsin,

Bir türkü çalsın.

Bir müddət Moldova Elmlər Akademiyası Azsaylı Xalqlar Insti­tutunda Qaqauz Etnoqrafiyası və Ədəbiyyatı şöbəsinə müdirlik edən Stepan Kuroğlu uzun müddət – 1970-ci ildən Moldova Yazıçılar Ittifaqı Qaqauz Ədəbiyyatı şöbəsinin də başçısı olmuşdur. Onun elmi araşdırmaları qaqauzşünaslığın inkişafına təkan vermişdir. O, ilk dəfə qaqauzların doğum, toy, ölüm adətləri haqqında sanballı araşdırmalar aparmış və maraqlı nəticələr əldə etmişdir. Topladığı etnoqrafik materiallardan bu qənaətə gəlmişdir ki, qaqauzlar yüz illər boyu xristian dininə inanma­larına, dinin qaydalarına əməl etmələrinə baxmayaraq xiris­tian­lıqdan öncəki inanclarının izlərini də qoruyub saxlamışlar. Bu da qaqauzların əski çağlarda türklərlə eyni inanca sahib olduğunu göstərir.

1989-cu ildə Kişinyovda I.V.Dronla birlikdə çap etdirdikləri “Sоvrеmеnnая qаqаuzskая tоpоnimiя i аntrоpоnimiя” kitabı təkcə qaqauzlar arasında deyil, bolqarlar, rumınlar, mol­davlar, ukraynalılar arasında da böyük ək-səda doğurmuşdur. Faktlara dayanan müəlliflər elmi dəlillərlə göstərmişlər ki, qaqauzların soy adlarının böyük əksəriyyəti və bölgədəki toponimlərin əksə­riyyəti türk kökənlidir. Maraqlı burası idi ki, bu fikri müdafiə edən müəlliflərdən biri- I.V.Dron milliyyətcə qaqauz deyil.

S.Kuroğlu ilə Azərbaycanda da, Moldovada da görüşmüş­dük. Maraqlı və mübahisəli söhbətlərimiz də olmuşdu. O, yal­nız özünü düşünən, özünü təbliğ etməyi sevən birisi deyildi. Bir dəfə mənə zəng vuraraq Türkmənistanda keçiriləcək sim­poz­yuma Qaqauz Yeri Muxtar Vilayətinin keçmiş prezidenti Dmitri Kroytorun da qonaq sifətilə dəvət edilməsinin lazım olduğunu söylədi.

Biz Aşqabatda simpozyum günlərində görüşdük. S.Kuroğlu məruzəsini oxumaq, gəzib dolanmaqla işini bitmiş hesab et­mirdi. Dmitri Kroytorun Türkmənistan radio və televiziyasında çıxışına, qəzet və jurnallara müsahibə verməsinə, rəsmi şəxs­lərlər və iş adamları ilə görüşünə nail olmağa çalışırdı. Açıq aşkar görünürdü ki, elm adamı, şair olmaqla yanaşı, xalq dip­lomatiyasından bacarıqla istifadə edərək Türkmənistanla Qa­qauz Yeri Muxtar Vilayəti arasında birbaşa əlaqələrin yaran­masına nail olmağa çalışırdı.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin