Folklor instituti


Petr Afanasi oğlu Qaqauz-Çebotar



Yüklə 4,03 Mb.
səhifə62/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   58   59   60   61   62   63   64   65   ...   211
Petr Afanasi oğlu Qaqauz-Çebotar (06.10.1957, indiki Mol­dova Respublikası Qaqauz Yeri MV Çadır-Lunqa rayo­nu­nun Ay­dar kəndi). Kişinyov Universitetinin filologiya fakültə­sini bitirmiş, Moldova Elmlər Akademiyası Azsaylı Xalqlar Ins­ti­tutunda Qa­qauz Etnoqrafiyası və Ədəbiyyatı şöbəsində əmək fəaliyyətinə baş­lamışdır. Bədii yaradıcılığa rus dilində şeirlər yazmaqla qədəm qoymuşdur. Ana dilində yazdığı ilk şeirlər 1989-cu ildə çap olu­nan “Cana yakın” kitabında toplanmışdır. “De­lilik”, “Vasilka ba­bu­nın kazları” hekayələri və bir çox xa­rici ölkə yazarlarındən et­diyi tərcümələr onun həm də istedadlı bir nasir olduğunu göstərir.

Şairin Tük dünyasının hər yerində lətifələri sevilə-sevilə da­nışılan Molla (Xoca) Nəsrəddinə həsr etdiyi şeirində bir çağ­daş­lıq, günümüzlə bağlılıq var. Şair keçmişlərdən aldığı möv­zuları belə çağdaşlaşdırır:

Yarım dünnää oldu eşeklän bän gezerim,

Bän diilim ne kayet korkak, ne da girgin.

Ama kahırları bän hepsini enseerim,

Benim adım boşamı Nasrettin?

Şair epitetlərdən, bədii təsvir vasitələrindən bacarıqla isti­fadə etdiyindən, şeirlərinin dili axıcı və anlaşıqlıdır. Petr Qa­qauz-Çebotarın şeirlərində ata ocağının həsrəti, ana məhəbbəti, adət-ənənəyə bağlılıq, böyüklərə sayğı motivləri özünə geniş yer tapmışdır. Şairlərin əksəriyyətində olduğu kimi, kənd həyatının gözəlliklərinin təsvirinə, şəhər mühitinin insan psixologiyasına göstərdiyi mənfi təsirə həsr olunmuş şeirlərə onun da yara­dıcılığında rast gəlinir.

Satirik şeirləri ilə cəmiyyətdə baş verən nöqsanları kəskin tənqid edir. Rus və Moldovan dillərindən ana dilinə çevirdiyi şeirlərlə qaqauz ədəbiyyatının söz ehtiyatının zənginliyini nü­ma­yiş etdirmiş olur. Qaqauz ədəbiyyatının ana xəttini təşkil edən vətən mövzusundan Petr Qaqauz-Çebotar da yan keç­məmişdir. Vətən-Bucaq qaqauz ədiblərində eyni anlamda işlədilir. Odur ki, şair yazır:

…Darsıdım uzakta,

Ne sızler o canım.

Sansın dilim hasta,

Neredän bu acı?

…Uzakta-uzakta,

Nereye şindi çöktü duman,

Pelinin Bucakta

Bir evdä var iki insan.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin