Folklor instituti


Əli Şamil UYĞUR TÜRKLƏRINDƏ FOLKLOR



Yüklə 4,03 Mb.
səhifə7/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   2   3   4   5   6   7   8   9   10   ...   211
Əli Şamil

UYĞUR TÜRKLƏRINDƏ FOLKLOR

VƏ ƏDƏBIYYATIN INKIŞAFI
Özət: Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunu (Şincan Uyğur Avtonom Rayonluk) Azərbaycandan təxminən dörd min kilometrlik bir məsafə ayırır. Eyni soydan olduğumuza görəmi, yoxsa tarixin gedişindənmi oxşar taleyi yaşayırıq. Əlaqələrimiz zamanın sürətiylə ayaqlaşmasa da, qan yaddaşı sayəsində hələ də ədəbi əsərlərimizin adlarında, mövzularında bir oxşarlıq var. Toponim və şəxs adlarımızın da böyük bir hissəsi eynidir.

Bu gün Çində yaşayan soydaşlarımız Uyğur, biz isə Azər­baycanlı adlanırıq. Hər birimizin də ayrıca (az qala bir-bi­rin­dən tədric olunmuş) tarixi, ədəbiyyat tarixi, dil tarixi və s. ya­radılıb. Əslində, 20-ci yüzilədək Azərbaycan türklərinin ədəbiyyatı Osmanlı türklərinin ədəbiyyatından nə qədər fərqlə­nirdisə, uyğurların yaratdığı ədəbi əsərlər də özbəklərinkindən bir o qədər fərqlənirdi. Ona görə də bunlar daha çox oğuz və cığatay adıyla adlandırılırdılar. Bu iki qrup arasında elə ciddi fərq də yox idi. Hətta 19-cu yüzildə yaşamış şairlərimizin əsər­ləri arasında cığatay türkcəsində yazılmış nümunələrə rast gə­lindiyi kimi, Özbəkistanda yaşamış şairlər də 20-ci yüzilədək oğuz türkcəsində də qələmlərini sınamışlar.

Dünyada baş verən siyasi hadisələr, bizləri təsir altına alan dövlətlərin strateqlərinin hazırladığı çoxsaylı planlar isə bu fərqi artırmağa xidmət edirdi. Beləliklə, uyğur folkloru, ədə­biy­yatı, uyğur nəsri, uyğur poeziyası, uyğur dramçılığı və s. terminlər meydana gəldi. Uyğur ədibləri rus təsiri altında qalan qardaşları aracılığı ilə və ya bizzat Rusiya vasitəsilə dünyanın inkişafını izləyərək Avropa ədəbiyyatından gəlmə janrları da mənimsədilər. Çağdaş uyğur dramçılığı, uyğur teatrı beləcə formalaşdı və şöhrət qazandı. Hazırda uyğur dili və ədəbiyyatı Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda, Qazaxıstanda və Özbəkistanda inkişaf edir. Çinin quzeyində bizimlə eyni dil ailəsinə mənsub olan xalqlardan uyğur, qazax, qırğız, tatar, özbək, salur və sarı uyğur türkləri yaşayırlar.

Məqalədə uyğur folklorundan və yazılı ədəbiyyatından da­ni­şılacaq. Bu ədəbiyyatın Abdurehim Nizari (1776-1849), Sadır Pəlvanı (1798-1871), Turduş Axun Qəribi (19-cu yüzil), Noruz Axun Ziyai (19-cu yüzil), Bilal Nazım (1824-99), Ab­duxaliq Uyğur (1901-33), Molla Şakir (1825-98), Armiya Nim­şehit (1906-72), Zunun Qədiri (1911-89), Ahmed Ziyati (1913-89), Lutpulla Mutəllip (1922-45), Xevir Tömür (1922-91), Abdurihim Ötkür (1923), Turqun Almas (1924), Abdul­kərim Xoca (1928-88), Teyupcan Əliyop (1930-89), Muhəm­mət­can Sadiq (1934), Abduşükür Muhəmmətimin (1934-95), Qəyyum Turdi (1937-97), Zordun Sabir (1937-98), Qurban Ba­rat (1939), Muhammətəli Zunun (1939), Muhəmmətcan Ra­şidin (1940), Əxət Turdi (1940), Boğda Abdulla (1941), Cala­lidin Bəhram (1942), Tursun Yünüs (1942), Ruzi Sayit (1943-2001), Imin Əxmədi (1944), Məmtimin Hoşur (1944), Tur­sun­can Litıp (1945), Toxti Ayup (1945), Muhəmmət Osmancan Savut (1946), Nurmuhəmmət Toxti (1949), Abdulla Savut (1950), Əxmət Imin (1950) Ibaydulla Ibrahim (1951), Muhəm­mət Bağraş (1952), Xalidə Israil (1952), Əxtəm Ömər (1963) və b. nümayəndələri uyğur dilinin zənginləşməsi və ictimai fikrin formalaşması üçün az iş görməmişlər.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin