Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə71/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   67   68   69   70   71   72   73   74   ...   211
(Arnaut T., 1994:61-62)

Universiteti Bakıda bitirdikdən sonra Türkiyəyə gedən, ora­da işləyən və təhsilini davam etdirən gənc şair elmi mühitə qatılır, simpoziumlarda fəal iştirak etməklə qaqauz ədəbiyya­tını təbliğ etməyə, tanıtmağa çalışır. Onun ilk şeirlər kitabı da Türkiyədə çap olunur (Arnaut, 1995).



Azərbaycan, Türkiyə və Iraqda yaşayan türklərin ədəbiyya­tın­da var olan hoyrat janrına Tudoranın qələmində də rast gəlirik:

Kazayak


Çeşmə dolu Kazayak.

Yarimin sofrasında

Beni bekler kaz ayak.

M.H.Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə T.Arnautun yazdığı misralar Azərbaycan oxucusu üçün də maraq doğura bilər:

Heyder baba,

uzakdayım bu saat

aktı yola gözlerim

peetin benimçin kanat.

...Heyder baba

duydum korku illeri,

çaardım halkı koruyalım-

biz koruduk evleri.

Affetmez gidenleri

Nasıl günä bakalım

Ah! Azerbaycan Türkleri?

Türk xalqlarının ilk ədəbi janrlarından olan dördlükləri bil­gin kimi araşdıraraq namizədlik dissertasiyası yazan şair poe­ziyasında onların formasından yararlanmaqla qalmamış, yeni qəliblərdə mani-bayatı formasında da şeirlər yazmışdır. Ilk dörd­lük-bayatı “abab”, sonrakılar isə bbba, ccca, ddda qafiyə quruluşuna malikdir. Bu janrı o, qaqauz ədəbiyyatında “Sessiz dialog” şeirində işlətmişdir.

Qaqauzlar sayca az olmalarına baxmayaraq, Türk dünya­sında baş verənləri diqqətlə izləyir, buna öz münasibətlərini bil­dirirlər. Bu baxımdan T.Arnautun da Azərbaycanda gedən milli azadlıq hərəkatını özündə əks etdirən şeirləri çoxdur. Ba­kıda kükrəyən meydan, silahsız, əliyalın yaşıdlarının öz­lə­rini Sovet tanklarının qarşısına atması, Rus-Sovet döyüşçü­lərinin qəddarlıqla insanları qan içində boğması, ucqar bir kənd­dən şəhərə gəlmiş, içərisində Sovet dövlətinə, kommu­nizm ideya­larına böyük sevgi olan gəncə sarsıdıcı təsir etmişdir.

O, Bakıda gözləri qarşısında baş verən 20 yanvar 1990-ci il hadisələrindən bir neçə gün sonra yazmışdır:

Unutmaa isterem o günü,

kan gölcük-gölcük,

karanfillerin kokusunu,

kimin beterine öldük.

Şair hələ 1990-cı ildə o qanlı hadisəni unutmaq istədiyini yazır. Lakin zaman keçir, o isə unuda bilmir. Sağalmaz yara kimi daim ürəyində qövr edir. Buna görə də illər ötsə də, dönə-dönə həmin mövzuya qayıdır. 20 yanvar hadisələrindən az qala 10 il sonra yazdığı “Azərbaycan deyəndə” şeiri dediklərimizə nümunə ola bilər:

Mualim, bän Azerbaycan dediynen

Yaş yerinä kan akêr, kan...

Bülbül aalêr aacın tepesindä

Derdini ondan başkası kimdir soran...
Mualim, bän Azerbaycan dediynen

Gözümün önündä diziler Nahçıvan,

Çayxana meclisi Nehrem küündä

O ixtär aksakal soruya tutan...

Mualim, bän Azerbaycan dediynen

“Yılan” dağının vatizli suları dolayanda

Cıvırliga sesli uşaklar suda çırpınan

Yalnız içerdä diz çöküp Allayın önündä

Üç kerem gündə o ihtär karı duvasını yapan...
Mualim, bän Azerbaycan dediynen

Tanklar sürülärdi uşaan üstünä

Serbestlik uuruna devrilärdi meydan

Mezarlık anıt koyardı ölen gencinä...

Saa kalanlar’sa olardı duşman....
Mualim, bän Azerbaycan dediynen

Çok kiyatlar amana kaldı yazılmadan...

Ama haliz bu halkın canını doymasın metetmää

Yıllarca yazsan da kay-playamaz dastan....

T.Arnaut kiçik bir şeirlə olduqca gərgin keçən bir dövrün bədii təsvirini verməyə çalışır. Tanıdığı ictimai-siyasi xadim, milli azadlıq hərəkatının öndəri, özünü türklük davasının əsgəri sayan Əbülfəz Elçibəyə həsr etdiyi şeirdə isə yazır:


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin