Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə78/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   74   75   76   77   78   79   80   81   ...   211

Araşdırıcılar noqay folklorunun toplanmasının başlanğıcını XIX yüzildən hesab edirlər. Xalq şeiri üslubunda yazan Sıbra noqayların klassik yazılı ədəbiyyatının özülünü qoyanlardan sayılır. Sıbradan sonra XV-XVI yüzillərdə Parızdak Şaban ulu, Şal Kiyiz Tileniş ulu, Asan Kaygulu, Domambet Azaylı, Ji­ren­şe Şeşen, Kazı Tuan Suyunişin Şaban və b. şairlər yazıb yaratmışlar.

Məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq Faxreddin Abuşaxman ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulxalıq Abdulraşid ulu (1858-1913), Aslan Şa­ban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkili­şeyh Ismail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poezi­ya­nı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (mono­loq, öygü), maktau (oda, mədhiyyə), munklau (ağı) və başqa janrlarda yaradicılıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin bir baza yaratmışlar.


Sovetlər dönəmində isə noqay ədəbiyyatı yeni bir yön almış, Avropa metodlarını mənimsəmək, yeniləşmək adı altında rus ədəbiyyatının təsiri altına düşmüşdür. Bu, bir tərəfdən ədəbiy­ya­tın siyasiləşməsinə, noqayların yazı dilinin qonşu türk xalq­larının dilindən uzaqlaşmasına xidmət etmişdirsə, o biri tərəf­dən də ədəbi dilin inkişafına yardımçı olmuşdur. Ədəbiyyata yeni gələn Basir Abdullin (1892-1937), Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybaliyev (1898-1979) kimi gənclər sin­fi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poe­zi­yanı yeniləşdirməyə çalışmışlar. Absulxamit Canıbekov (1879-1955) da onlarla ayaqlaşmağa çalışmışddır. Asan (Xasan) Bulatıkov (1907-37) 1936-cı ildə yazdığı “Fatimat” pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoymuşdur. Bununla yanaşı, Ba­sir Abdullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman” əsərləri ilə no­qay nəsrini formalaşdırmışdır. Abdulrehman Ömərov (Umarov) (1867-1933) ədəbi mühiti yönləndirməkdə böyük rol oynamışdır.

Noqayların yeni ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Mux­tar Vilayətində və Dağıstan Muxtar Respublikasında formalaşmağa baş­lamışdır. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Sa­lexjan Zal­yand (1924-73), Söyün Kapayev (1927-2001), Ma­qo­met Ki­ri­mov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Ki­re­yev (1938), Qamzat Acıgeldiyev (1939-66), Gülcamal Mir­za­yeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıs­tanda isə Mu­sa Kurmanaliyev (1894-1972), Zeit Kaybalıyev (1898-1979), Ku­rup­­­tursun Orazbayev (1924-90), Anvarbek Kultayev (1941), Kad­­­­­riya Temurbulatova (1948-78) və b. ya­zıçı və şairlər yetişmişlər.

1970-90-cı illərin poeziyasının nümayəndələri olan Kara­çay-Çərkəz xalq şairi Keldixan Kumratova, Nəsimi müka­fatı laureatı Murat Avezov (1951), Kadriya Temirbulatova, As­karbiy Kireyev, Muharbiy Aubekigyev, Yelena Bulatıkova (1937), Ajdat Naymanov (1942), Farida Sidahmetova (1966), Salimat Maylibayeva, Maqamatali Asanov, Maqamat Kosayev, Arqrntin Ayıbov, Srajdin Batırov (1951-92) və b. əsərlərində ta­rixi mövzulara daha duyarlı yanaşmış, epik və lirik dastan janrını təkmilləşdirmiş, ədəbiyyatı şüarçılıqdan və ideolo­gi­yanın əsarətindən çıxarmağa çalışmışlar. Noqay poeziyasında ənənəvi janrların və klassik poeziyadan gələn bədii ifadə vasitələrinin yenidən canlandırılmasını davam etdirmişlər.

Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), Isa Kapayev (1949) və b. ədəbiyyata Kommunist partiyasının təb­li­ğat vasitəsin kimi deyil, insanın daxili aləmini zənginləşdirən sənət nümunəsi kimi baxmışlar.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin