Folklor instituti


Dastanlarda qəhrəmanlıq mövzusu



Yüklə 4,03 Mb.
səhifə80/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   76   77   78   79   80   81   82   83   ...   211
1. Dastanlarda qəhrəmanlıq mövzusu
Noqaylardan toplanan folklor nümunələri arasında dastanlar həcminə və mövzu əlvanlığına, bədii dəyərinin yüksəkliyinə gö­rə seçilir. Bu dastanların böyük bir qismi xalqın keçdiyi tarixi yola uyğun olaraq qəhrəmanlıq dastanlarıdır. Onlardan “Axmet Aysula ulu”, “Koplanlı betir”, “Yedigey”, “Musa biy”, “Ma­may”, “Karasaykazi”, “Manaşı”, “Manaşı ulu Tu­yak­biy”, “Er Tarkil”, “Şora betir”, “Adil Soltan”, “Kırk No­qay betiri”, “Er Kusep”, “Er Kosay”, “Er Şoban”, “Er Kök­çe”, “Kambar betir”, “Kurman biy”, “Elkildek betir” və b. das­tanları ümumi qıpçaq dastanları adlandırsaq, daha doğru olar. Dastanları diqqətlə araş­dıranda burada nəinki miladın ilk minilliyinə, hətta miladdan öncəki türk folkloruna aid izləri də görə bilərik.

Noqaylar son yüzillərdə savaşlara, daxili çəkişmələrə daha çox vaxt sərf etdiklərindən dastanlarının çoxunun mövzusu qəhrəmanlıqdır. Xalq arasında “Boz yigit”, “Kozı-Korpeş və Bayan slu”, “Tolekın və Kız yibek”, “Ariz və Kanber”, “Şah Ismayıl”, “Güntükan və Kölbikə”, “Taxir və Zöhrə” və b. lirik dastanlar da geniş yayılmışdır (Sikаliеv А., 1994:5-6).

Yalnız “Yedigey” deyil, bir çox başqa dastanlar, eləcə də qəhrəmanlıq və vətənpərvərlik nəğmələri noqayların Rusiya işğalı altında olduqları zamanda yazıya alındığından, söyləyici və dastanı toplayanlar hakim dövlətin təsiri ilə mətnlərdə dəyişikliklər etmişlər. Bu cəhət “Adil Sultan” dastanında və qəhrəmanlıq yırlarında özünü qabarıq göstərir. Xüsusən də Rusiyadakı vətəndaş savaşına, Fin savaşına, Ikinci Dünya savaşına həsr olunmuş yırlarda, eləcə də kazak mahnılarında, ümumiyyətlə, əksər mahnılarda ifa noqay türkcəsində olsa da, ayrı-ayrı noqay igidlərinin adı çəkilsə də, əsas diqqət bolşe­viklərin, Sovet ordusunun, sosializmin, bir sözlə, Rusiyanın qüdrətinin öyülməsinə yönəldilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin