Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə9/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   5   6   7   8   9   10   11   12   ...   211
1. Uyğur folkloru
Uyğurların folkloru zəngin olmaqla yanaşı janr əlvanlığı ilə də seçilir. Ona görə də qonşu xalqların folkloruna, ədəbiy­ya­tına, təfəkkürünə də güclü təsir göstərmişdir. Ümumtürk folk­­loruna aid edilən bir sıra nümunələrin qədim Çin və fars qay­naqlarında qorunub saxlanması da dediklərimizə ən bariz nü­munə ola bilər.
Miflər

Xalqlarımızın minilliklərin arxasındakı dün­ya­görüşünü öyrənmək baxımından miflər olduqca dəyərli in­for­masiyaları özündə qoruyub saxlaya bilmişdir. Dini-mifoloj sistemin, inancların, əski dövr dünyagörüş­ləri­nin günümüzədək gəlib çatmasında dastanların, əfsanələrin, nağılların və xalq şeir­inin xüsusi yeri var. Bu janrlara türk xalq­larının folklorunda kifayət qədər rast gəlmək olur. Uyğur­ların toplayıb çap etdirdiyi miflərin əsksəriyyəti başqa türk xalqlarından toplanmış miflərlin oxşarı və ya variantlarıdır. Bunlar da bir daha eyni kökdən şaxələndiyimizdən xəbər verir.

Uyğur miflərində qadın qəhrəmanlardan biri Umay Anadır. Umay türk mifoloji sistemində yer alan önəmli tanrılardan biri­dir. Türk mifologiyasında “tanrı” göylə yerin birliyi sək­lində düsünülən ilahi düzənlə və bu düzəni yaradıb yaşadan ulu güc­lə bağlı olan güc kimi təsvir edilir. Uyğurlardakı “Yer və ilahi öküz”, qazaxlardakı “Göy necə yüksəldi”, salurlardakı “Xuda­nın Göy və Yeri üfürərək yaratması”, tuyqunlardakı “Göy ilə Yerin yaranışı”, monqollardakı “Göy ilə Yerin yaranışı” və b. yer ilə göyün bir olduğu, onların sonradan ayrıldığı ilə bağlı miflərdir.

Mişer tatarları “əqrəba” (tuqankay), “qardaş” (qarindeşkey) kimi çox yaxın qohumlara “amıy” deyirlər. Bu söz Azərbay­canda atanın qardaşı - əmi kimi işlədilir. Bunun Umayla (Imay, Amıy) bağlılığı haqqında bir sıra maraqlı araşdırmalar vardır. Tatar alimi N. Isenbet “ama”, “eme”, “imi”, emeci”, “emecek”, “imçek” kəlimələrinin kökündə də “analıq” anlamının oldu­ğunu və onların hamısının da əski anaxaqanlıq dovrünün izlərini özündə yaşatdığını yazır (Tatar Miflari, 1996: 25-26).



  1. Alimcan Inayet və Adem Öger “Uyğur türklerinin mitolojik, dinî ve tarihî kadın kahramanları üzerine” məqaləsində uyğur­ların “Əsma Pəri” mifindən söz açarkən yazırlar: “Göy üzü mə­lək­lərinin padısahı bütün mələklərdən gözəl imiş və göy üzü­nün yeddinci qatında yaşyırmış. Təbiətdə baş verənlər bu mə­lə­yin əhvalındakı dəyişmələrdən asılıymış. Yəni bu mələk gö­zünü açanda gün doğar, bütün dünya işıqlanar, gözünü yu­man­da, yəni yatanda bütün dünya qaranlığa bürünər, ağla­yanda yağış yağar, güləndə qar yağar, ağzını açanda tufan qo­par, nəfəs alanda yel əsər, qaşını çatsa hava pozulur, hirslə­nəndə zəlzələ olar, qaşını oynatsa göy qurşağı meydana gəlir­mis. Buna görə ona Əsma Pəri deyirlərmiş. Buradakı “Əsma Pəri”, yəni “göy­lərin pərisi” Göy Tanrıdan basqa bir şey deyildir. (Alimcan Inayet və Adem Öger, 2009, 4/3)

Əsma Pəri ilə mifoloji Ana arasındakı bağlılıq açıq-aşkardır. Əgər yer ilə göyün baslanğıcda bir olduğu haqqındakı görüş doğru isə, göy ilə yerin ayrılması ilə, əslində, tək olan Ulu Ana və ya mifoloji Ana Göy Tanrı və Yer-Su Tanrısı olaraq ikiyə ayrılmış olmalıdır. O zaman Göy Tanrı və Yer-Su Tanrısının Ulu Ana / mifoloji Ana (Ana Yayaçı) kimi həm yaradıcı, həm yoxedici, həm həyatverici, həm öldürücü, həm verici, həm alıcı xüsusiyyətləri ortaq kökə dayanır. Yaradıcı Göy Tanrıdan Günəş Tanrı, Ay Tanrı, Uldız Tanrısı, Ülgen, Kayraxan; Yer-Su Tanrısından Umay/May Ene/Payana/Bayana/Ayıısıt, dağ, çay və meşə əyələir ortaya çıxmışdır. Yoxedici Göy Tanrıdan Ildırım Tanrısı, Simsek Tanrısı, Əjdəha, Erlik; Yer-Su Tanrisın­dan Albastı /Al Qarısı / Yalmavuz / Celbegen / Mestan Kem­­pir / Qara Umay ortaya çıxmışdır. Bütün bu tanrılar, ilah­lar və əyələr, Ulu Ana / mifoloji Ananın həm yaradıcı həm yoxedici, həm yasamverici, həm öldürücü, həm erkək, həm dişi xüsusiyyətlərini daşıyır. Yer-Su Tanrısından biri olan Umay da həm qoruyucu (Ağ Umay), həm yoxedici ölüm mələyi (Qara Umay) funksiyasına sahibdir. Umay türk mifoloji sistemində yalnız qadın və uşaqların qoruyucusu deyil, eyni zamanda heyvanların, qəbilənin də qoruyucusudur. Onun bu qoruyucu­luq funksiyası, eyni zamanda, onun qəhrəman, savaşçı yönünə də isarət edir.

  1. Uyğur türklərinin Umay sevgi ilahı, hamilə qadınların tapın­dıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq anladılmaq­dadır:“Aləmin üzəri yaradıcı Tanrının yasadığı yer olub, nurlu və parlaq bir məkanmış. Üstdəki parlaq məkan ilə altdakı qaranlıq yer arasında Umay varmış. O, övladlarına torpaq və su verən “baxt ilahı”olaraq bilinirmiş. “Umay Ilahə”, eyni za­manda sevgi ilahı, hamilə qadınların tapındıqları ilah və kiçik uşaqları qoruyan ilah olaraq da qəbul edilirmiş.” (Alimcan Inayet və Adem Öger, 2009, 4/3)

Dini-mifoloji varlıq olan Umayın qoruyucu və bu vəzifənin qarşılığı olan qəhrəmanlıq və döyüşçülük funksiyası xalq ədəbiyyatının müxtəlif janrlarında fərqli səkillərdə işlənmiş, şaxələnmiş və zənginləşdirilmişdir. Uyğurlar arasında müxtəlif kəramətləri ilə xatırlanan qadın qəhrəmanlardan Əmçək Xo­cam haqqındakı əfsanədə onun izlərini görmək olar. Əmçək Xocamın Turfanın Toksun qəsəbəsində qəbri var. Buraya in­sanlar, xüsusən də döşündə xəstəliyi olan, südü az və ya heç olmayan qadınlar ziyarətə gəlirlər. Araşdırıcıların fikrincə, bu ziyarətin kökündə tarixi qəhrəmana sayğıdan çox uyğurlarda Umay Anaya inancın yaşaması durur.

Uyğurlar arasında yadelli işğalçılara müqavimət göstərən qadınlar haqqında da maraqlı əfsanələr vardır ki, araşdırıcılar onlarda da Umayın izlərinin olduğunu yazırlar. Xalq arasında geniş yayılmış “Büvi Rabia haqqında” əfsanəni və “Ana qovuq haqqında” əfsanəni buna misal göstərmək olar.

Uyğurların “Ana kovuk hakkıdə” adlı əfsanəsindəki Kızılçı xanım Umay Ananı xatırlatmaqdadır. Kızılçı xanım “günəş ilə yarışan”, “aydan geri qalmayan gözəlliyi”, “savaşda kişi kimi geyinməsi”, “cəsur”, “çevik”, “bahadır”, “igid” özəlliyi, “qılıç” və “mızraq” işlətməsi, duasının qəbul olub “yerin yarılması” və “onu qoynuna alması” kimi epitetlərlə təqdim edilir ki, bun­ların da çoxu Umay Anada var.

Müsəlman uyğurların buddistlərlə apardıqları döyüşdən bəhs edən əfsanələrdə də qadın qəhrəmanların təsvirində Umay Ananın izləri görünür.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin