Folklor instituti


Askerbiy Söyün ulu Kireyev



Yüklə 4,03 Mb.
səhifə97/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   93   94   95   96   97   98   99   100   ...   211
Askerbiy Söyün ulu Kireyev (1938, Qaraçay Çərkəz Mux­tar Vilayəti). Noqay uşaq ədəbiyyatının inkişafında böyük xid­məti olan yaradıcı ziyalılardandır. Uşaqlar üçün 20-yə yaxın kitab çap etdirən müəllifin “Küpelek” (Kəpənək), “Biyala” (Pi­yalə), Köqerşin” (Göyərçin), “Şenilşek” (Yellənçək), “Kar­liqaş” (Qaranquş), “Tulpar” və b. əsərləri uşaq poeziyasının nü­munəvi əsərləri sayılır.

A.Kireyev bədii yaradıcılığında ümumtürk və onun bir qolu olan noqay folklorundan səmərəli bəhrələnmişdir. Şairin “Be­sik yırı” (Beşik nəğmələri-laylalar), eləcə də tapmacalar əsa­sın­da yazdığı şeirlər noqay uşaqlarının ana dilində söz ehti­yatının artmasında, nitqinin inkişafında və dünyagörüşünün for­malaşmasında böyük rol oynamışdır.

Onun “Iyt, mısık em topqay”(It, pişik və qarğa), “Maymıl” (Meymun) və başqa əsərləri noqay mərasim mahnıları aytıslar üslubunda yazılmışdır. Bir çox şeirlərini isə heyvanların söhbəti for­masında yazmışdır. Buna çöl dovşanı ilə ev dovşanının söhbə­tin­dən bəhs edən “Yolıqıs” (Görüş), qoyunların söhbətindən bəhs edən “Kaynadılar kazanda” (Qazanda qaynadılar) və b. əsərlərini nümunə göstərmək olar. Şairin uşaq şeirlərinin bir çoxu başqa dillərə də çevrilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin