AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMIYASI
FOLKLOR INSTITUTI
________________________________________________
ƏLI ŞAMIL
UYĞUR, QAQAUZ, QUZEY QAFQAZ TÜRKLƏRININ FOLKLORU VƏ ƏDƏBIYYATI
BAKI –2011
ELMI REDAKTOR: f.e.d, prof. Hüseyn ISMAYILOV
REDAKTOR: f.e.d. Ramiz ƏSKƏR
Rəyşi: f.ü.f.d. Əziz Ələkbərli
Əli Hüseyn oğlu Şamil (Şamilov), Bakı, Nurlan, 2011, 438 səh.
Kitaba Azərbaycanda az öyrənilmiş Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı haqqında məqalələr daxil edilmiş və örnək göstərilən nümunələr olduğu kimi saxlanılmışdır. Məqalələrdə ədəbi prosesə təsir edən məsələlərdən, xalqların tarixindən, onların bir-birindən uzaqlaşdırılması üçün dünyanın güclü dövlətlərinin apardıqları məkrli siyasətdən, özlərini humanist və demokratik göstərməyə çalışan müstəmləkəçilərin azsaylı xalqları yox etmək və ya əritmək siyasətindən də söz açılır.
Kitab eyni soydan olan xalqlarda gedən ədəbi prosesləri öyrənmək və sərt əngəllərə baxmayaraq əlaqələrin necə davam etdiyini izləmək baxımından diqqəti çəkə bilər.
ш 4603000000 Qrifli nəşr
N-098-2011
© Əli Şamil, 2011
Bu kitabı 1920-ci illərdə Bakıda yaşamış, Vahid Türk-Tatar Dövləti qurmaq istədiklərinə görə 1937-38-ci illərdə Sovet rejimi tərəfindən şəhid edilmiş kırımlı Bəkir Çobanzadəyə, özbəkistanlı Xalid Səid Xocayevə, tatarıstanlı Əziz Ubaydullinə, azərbaycanlı Əmin Abidə və onların məsləkdaşlarına ithaf edirəm!
Uyğur, Qaqauz, Qüzey Qafqaz türklərinin
folkloru və ədəbiyyatı kitabı
___________________________________________
___________________________________________
________________________________ hədiyyəmdir.
Əli Şamil
Dostları ilə paylaş: |