Folklor instituti


Keldixan Isa qızı Kurmatova



Yüklə 4,03 Mb.
səhifə100/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   96   97   98   99   100   101   102   103   ...   211
Keldixan Isa qızı Kurmatova (16.07.1944. Qaraçay-Çər­kəz Muxtar Vilayətinin Ikon Xalk kəndi-23.02.2003). Kəndlə­rin­dəki məktəbdə oxumuş, onun ədəbiyyata gəlməsində atasinın söylədiyi nağıl, tapmaca, dastan və yırların rolu böyük olmuşdur. 1962-ci ildə “Lenin yolu” qəzetində ana dilində “Anama” şeirini çap etdirmişdir.

1963-cü ildə məktəbi bitirib kənd kitabxanasında işləməyə başlamış, bir il sonra isə onu Moskvadakı M.Qorki adına Ədə­biyyat Institutununda qiyabi oxumağa göndərmişlər. Həmin il­dən “Lenin yolu” qəzetində çalışmış, şeir və məqalələrini də ora­da çap etdirmişdir. 1966-cı ildə Çerkesskdə “Şabden”(Novruzgülü) kitabı işıq üzü görmüşdür. Moskvada və bölgədə çap olunan jur­nal­lar və toplularla sıx əməkdaşlıq etmişdir. Ukraynada, Türkmənis­tanda, Qaraqalpaqstanda, eləcə də Rumıniyada, Bolqarıstanda, Türkiyədə və b. ölkələrdə əsərləri çap olunmuşdur.

1969-cu ildə Çerkesskdə “Sonqı yapıraklar” (Sonuncu yar­paq­lar) kitabını çap etdirən Keldixan Kurmatova 1971-ci ildə ədəbiyyat institutunu əla qiymətlərlə başa vurmuş, həmin il də rus dilində kitabı nəşr olunmuşdur. Iki il sonra isə həmin kitabı Moskvada “Sov­remennik” nəşriyyatı çap etmişdir.

Keldixan Kurmatovanın tanınmış noqay yazıçısı Isa Kapayevlə ailə qur­ması onların hər ikisinin yaradıcılığına müsbət təsir göstərmişdir.

1975-ci ildə ana dilində “Qılqpuz” kitabını çap etdirən şairə bir il sonra Rumıniyada keçirilən Beynəlxalq şeir festivalında iştirak etmək nəsib olur. Keldixan Kurmatova orada XIX yüzildə Rusi­ya­nın Qafqaz savaşı zamanı Rumıniyaya qovduğu noqaylarla gö­rüşür. Geri döndükdən sonra onların taleyindən bəhs edən “Ta­mız” (Od qoruyucu) poemasını yazır.

1990-ci ildə Sov.IKP-nin XXVIII qurultayında noqayların acı taleyindən, xalqının kasıb və miskin yaşamasından söz açır. 1995-ci ildə Keldixan Kurmatovaya Qaraçay Çərkəz xalq şairi adı verirlər.

Keldixan Kurmatovanın sağlığında “Altın oka” (Qızıl sap) (1985), ”Tamız” (1988) “Tanı manında” (Dan anında, dan qiza­randa) (1996), “Qızıl şılma” (2000), “Ömürlikten atlı” (Əbə­di­yətdən gələn atlı) (2000) kitabları çap olunmuşdur (Suyu­no­va N., 2006:241-244).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin