2.3. Uşaq folkloru
Ideoloji təsirlər altında türk xalqlarının çoxunda ovsunlar, miflər və başqa folklor nümunələri vaxtında toplanıb çap edilmədiyindən böyük bir qismi itib-batmışdır. Bütün bunlara baxmayaraq, Sovetlər Birliyində rejim çökməyə başlayandan sonra toplanan folklor mətnləri, keçirilən mərasimlər və bu mərasimlərdə oxunan mahnılar göstərir ki, mətnlərdə oxşarlıq çoxdur. Bunları sanamalarda, təkərləmələrdə, cırlarda və başqa uşaq folkloru nümunələrində də görmək olar. Məs.:
Bara, bara cün tabdım,- Gedə-gedə yun tapdım,
Cün içinde tarak tapdım,-Yun içində daraq tapdım,
Tarağı ammğa berdim,-Darağı nənəyə verdim,
Ammağ manna bappu berdi.- Nənə mənə əppək verdi,
Bappunu itge berdim, -Əppəyi itə verdim,
It manna küçük berdi,- It mənə küçük verdi,
Küçüknü koyçuğa berdim,- Küçüyü çobana verdim,
Koyçuk manna kozu berdi.- Çoban mənə quzu verdi.
Dostları ilə paylaş: |