Folklor instituti


Appa Qala-Gerey ulu Canıbekov (Canibeklanı)



Yüklə 4,03 Mb.
səhifə121/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   117   118   119   120   121   122   123   124   ...   211
Appa Qala-Gerey ulu Canıbekov (Canibeklanı) (1860, Ku­ban quberniyasının Uçkulan kəndi-1934, Qızıl Pokun kəndi). Əsil adı Zə­kəriyə olan şair xalq arasında Kalay oğlu Appa, Çamçı adı ilə tanınmışdır. Ömrünün sonunadək evlənməyən, günlərini at üstündə keçirən şair həcvləri ilə xalqının sevimlisinə çevril­miş­dir. Cəmiyyətdəki sosial ədalətsizliyi, insanların pis əməllərini poetik dillə tənqid etdiyinə, həcvlər yazdığına görə iki dəfə Sibirə sürgün edilmiş, 11 il sürgün həyatı yaşamışdır.

Kalay oğlu Appa 1905-ci ildə Türkiyəyə köcən dəstə ilə Is­tanbula gedir. Orada kukla oynadanlar və məddahlarla tanış olur. Türkiyədə qala bilməyib vətənə dönən şair burada kuk­la­lar düzəldib oynatmaqla özünün satirik şeirlərini və həcvlərini söyləyirmiş.

Şairin şeirlərinin bir qismi toplanaraq 1995-ci ildə “Kalay ulu Appanın izin izlay” (Kalay oğlu Appanın izi ilə) adı altında çap olunmuşdur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin