Folklor instituti


Islam Kırımşamxalov (Kırımşamxallanı-Teberdeçi)



Yüklə 4,03 Mb.
səhifə122/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   118   119   120   121   122   123   124   125   ...   211
Islam Kırımşamxalov (Kırımşamxallanı-Teberdeçi). (1864, Indiki Kuban quberniyasının Kart Curt kəndi-03.12.1910, Ukrayna Respublikası, Kırım Muxtar Respublika­sının Yalta şəhəri). Qaraçay yazılı ədəbiyyatının banilərindən sayılan Islam knyaz ailəsində doğulmuşdur. Ata-anasını uşaq ikən itirdiyindən ilk tərbiyəsini dayısı, məşhur malkar ziyalısı Is­mail Urusbiyevin yanında almışdır. Peterburq mühiti, orada dostlaşdığı insanlar gənc Islamın dünyagörüşünün formalaş­ma­sına güclü təsir göstərir. Rus və ərəb dillərinin qramatikasını dərindən öyrənən Islam 1903-1910-cu illərdə Parisdə çərkəz Maqomet bey Xacet Laşenin rus, türk və tatar dillərində nəşr etdirdiyi “Musulmanin” jurnalı ilə əməkdaşlıq edir.

Moskva Rəssamlıq Məktəbinə qəbul olunan I.Krımşam­xa­lov vərəm xəstəliyinə tutulduğundan təhsilini başa vura bilmir. Vətənə qayıdaraq 1894-1910-cu illərdə Teberdedə yaşayır, içtimai işlərlə məşğul olur, “Severnıy Kafkaz” qəzetinə və “Mu­sulmanin” jurnalına məqalələr yazır.



Onun evi yalnız yerli əhalinin deyil, bölgəyə gələn qonaq­ların da mədəni mərkəzi rolunu oynayır. O, ardıcıl rəssamlıqla məşğul olmaqla yanaşı, latın qrafikalı ilk qaraçay əlifbasını yaradır.

Şair və peşəkar rəssam kimi tanınan Islam Kırımşamxalov uşaq şeirləri və satiraları ilə məşhurdur. “Anda bla mında” (Or­da ilə burda) adlı hekayə yazdığını söyləsələr də, bu hekayə günü­mü­zədək gəlib çıxmamışdır (Literatura narodov..., 1999:149-151).




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin