Folklor instituti


Islam Abdulkerim ulu Xubiyev (Xubiylanı-Karaçaylı)



Yüklə 4,03 Mb.
səhifə127/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   123   124   125   126   127   128   129   130   ...   211
Islam Abdulkerim ulu Xubiyev (Xubiylanı-Karaçaylı) (1896, Kuban quberniyasının Kart Curt kəndi -1938). Kəndli ailəsində doğulan Islam dördsinifli məktəbi bitirdikdən sonra Stavropol oğlan gimnaziyasına qəbul olunaraq 1918-ci ildə gim­naziyanı bitirmişdir. 15 yaşında ikən Parisdəki “Musulmanin” jurnalında məqaləsini çap etdirən Islam Xubiyev Sovet döv­ründə ardıcıl olaraq “Izvestiya”, “Molot”, “Sovetskiy yuq”, “So­vet­skiy Severnıy Kafkaz”, “Jizn natsionalnostey”, “Revolyutsiya i pismennost” və b. qəzet-jurnallara mə­qalələr yazmışdır.

20-ci yüzilin əvvəllərində Doğu klassiklərinin xalq arasında məşhur olan əsərlərini qaraçay türkcəsinə çevirməklə ədəbi di­lin formalaşmasına və zənginləşməsinə xidmət edən Islam Xubiyevin Sovet dovründə qadın azadlığı, din, əlifba, təhsil, eləcə də sinfi mübarizə mövzusunda çoxlu məqalələr yazmışdır. Xal­qının taleyi ilə bağlı yazdığı məqalələr əslində Sovet təb­liğatına xidmət edirdi.

Qəzet-jurnallarda rəhbər vəzifələrdə çalışan, gənclərin mət­buatda iştirakına şərait yaradan, onların bədii əsərlərini çap edən ictimai-siyasi xadim millətçilikdə ittiham edilərək təbli­ğatçısı olduğu hökumətin xüsusi xidmət orqanları tərəfindən məhv edilmişdir.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin