Folklor instituti


Issa Zavurbek ulu Qarakötov (Qarakötlanı)



Yüklə 4,03 Mb.
səhifə129/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   125   126   127   128   129   130   131   132   ...   211
Issa Zavurbek ulu Qarakötov (Qarakötlanı) (1900, Ku­ban quberniyasının Cöqetey kəndi-1942, Ikinci Dünya Savaşı). Molla yanında təhsilini başa vurduqdan sonra kənddəki rusdilli olan ümumtəhsil məktəbində oxumuşdur. Sovetlər Quzey Qafqazı işğal etdikdən sonra Issanı Moskvadakı Şərq Zəhmət­keşləri Universitetində oxumağa göndərmişlər. 1924-cü ildə uni­versiteti bitirir və orada ana dilində “Yeni mahnılar” kitabını çap etdirmişdir. Kitaba daxil etdiyi şeirlər əsasən Sovet təbliğatının təsirilə yazılmış, bədii cəhətdən o qədər də güclü olmayan nəzm parçalarıdır. 1931-ci ildə çap etdirdiyi şeirlər toplusunu “Inqilab nəğmələri” adlandırmışdır. Sosializmi tərənnüm edəndə belə dağlı qürurunu, dağlı cəsarətini, dağlı igidinin hünərini ön plana çəkmişdir. Bu baxımdan 1928-ci ildə yazdığı “Qafqaz” şeiri olduqca önəmlidir.

Issa Qarakötovun Sovet dönəmində ən çox təbliğ olunan əsərləri sırasına “Inqilab nəğmələri“, “Qafqaz” şeirlərini, “Bay və batrak” poeması daxil edilmişdir (Literatura na­ro­dov..., 1999:161-163).

Azərbaycanı sevən və elmi, ədəbi, iqtisadi əlaqələrin get­dikcə güclənməsinə can atan gənc şair 1929-cu ildə Bakı-Qroz­nı-Tuapse neft kəməri çəkiləndə “Bakı şəhəri-neftin anası” şeirini çap etdirmişdir. Onun “Selmaş”, “Çobanın dedikləri”, “Azad­lığın töhfəsi”, “Komsomolçunun molla ilə mübahisəsi” və b. əsərləri də əsasən Sovet quruculuğunun tərənnümünə həsr edilmişdir.

Şair 1942-ci ildə tank döyüşündə şəhid olmuşdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin