Folklor instituti


Kerim Otarov (Otarlanı) (



Yüklə 4,03 Mb.
səhifə133/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   129   130   131   132   133   134   135   136   ...   211
Kerim Otarov (Otarlanı) (1912, Kabarda Malkar Respub­li­kasının Kirxojan kəndi (indiki Tırnavuz şəhəri)- 1974). Kənd­də orta məktəbi bitirdikdən sonra Nalçik şəhərində pedaqoji texnikumda oxumuşdur. Gənc yaşlarında yaradıcılığa başlayan Kerim 1936-cı ildə SSRI Yazıçılar Ittifaqına üzv qəbul edilmişdir. 1938-ci ildə Nalçikdə “Nazmula bla cırla” (“Şeirlər ilə nəğ­mə­lər”) kitabını çap etdirmiş və SSRI Yazıçılar Ittifaqı Kabarda-Malkar şöbəsinə başçılıq etmişdir. 1941-ci ildə qardaşları ilə birlikdə savaşa yollanmışdır. Savaşda iki qardaşını və bir aya­ğını itirən gənc şair 1943-cü ildə sinəsində “Qırmızı ulduz” or­deni və bir neçə medalla vətənə dönsə də, sürgündən qurtula bil­məmişdir. Ailəsi ilə birlikdə Frunzedə (indiki Bişkək) sür­gün həyatını yaşayan şair xalqının vətənə dönməsi uğrunda mübarizəyə başlamış, Stalinə məktub yazaraq xalqına qarşı edilən haqsızlıqların qarşısının alınmasını xahiş etmişdir.

Şair sürgün illərində də həvəsdən düşməmiş, bədii yara­dicilıqla məşğul olmuşdur. “Jolla” (“Yollar”) adlı şeirlər kitabını 1956-cı ildə Frunze şəhərində çap etdirmişdir.

Vətənə döndükdən sonra şair bədii yaradıcılıqla məşğul ol­maqla yanaşı, dilmanclıq da etmiş-rus klassiklərinin əsərlərini ana dilinə çevirmiş, dərsliklər yazmış, “Şuyokluk” adlı jurnala redaktorluq etmiş, bədii yaradıcılıqla yanaşı, coşğun ictimai-siyasi fəaliyyət də göstərmişdir. Şairin sağlığında ana dilində və rusca 11 kitabı çap olunmuşdur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin