Abdulrahman (Abduraman) Atlıboyunlu (?, Kakaşura kəndi-1870, Atlıboyun). Şairin şeirlərində doğulduğu və öldüyü hər iki kəndin adı təxəllüs kimi işlədilir. Şirvanın (Azərbaycan) və Dağıstanın məşhur din bilginlərindən elm öyrənən, ərəb, fars, türk dillərini mükəmməl bilən Abdulrahman ömrünün sonunadək kadılıq (qazı) etdiyinə görə onu çar Rusiyasının da, Sovet hökumətinin də məmurları sevməmişlər. Doğu poeziyası gələnəklərinə sadiq qalan Abdulrahman dini məzmunlu didaktik, lirik şeirlər yazmışdır. Onun şeirlərinin dili bugünkü qumuqcadan fərqli, yəni Çətin Pekaçarın bölgüsündə göstərilən müştərək dönəmin şairlərinin dilindədir. Sovetlər zamanı onun əsərlərinin çapına və təbliğinə soyuq bir münasibət vardı.
Sovetlər Birliyi çökməyə başladıqdan sonra şairin yaradicilığına diqqət artmışdır.