Folklor instituti


Kamil Danyal oğlu Sultan (Sultanov)



Yüklə 4,03 Mb.
səhifə180/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   176   177   178   179   180   181   182   183   ...   211
Kamil Danyal oğlu Sultan (Sultanov) (1911, Dağıstan, Turşunay kəndi-2002). Dərbənddəki texnikumu bitirmişdir. Qumuq araşdırıcıları onun 1937-41-ci ildə Moskvadakı Çernışevski adina Institutun Tarix, Fəlsəfə, Ədəbiyyat fakültəsində, 1960-ci ildə Ali Ədəbiyyat Kursunda oxuduğunu yazırlar (Li­teraturadan xrestomatiya, 1986:122). Qumuq və rus dil­lərində yazıb yaradan Kamil Sultanov gəncliyində lirik və uşaq şeirləri ilə məşhurlaşsa da, sonralar daha çox ədəbi tənqid və ədəbiyyat tarixinin öyrənilməsinə meyl göstərmişdir.

1934-cü ildə “Basqın” adlı ilk kitabı çap olunan ədibin son­ralar “Süleyman Stalski”, “Qumuqların ədəbiyyatı”, “Dağısta­nın şairləri”, “Türlü-türlü xalqların şairləri”, “Rəsul Həmzə­tovun yaradıcılığı” və b. tədqiqat əsərləri işıq üzü görmüşdür. V.Şeks­pirdən tərcümələri ilə qumuq dilini zənginləşdirmiş, onun imkanlarının böyüklüyünü sübuta yetirmişdir. Onun V.Şekspirdən çevirdiyi „Kral Lir“ faciəsi böyük uğur qazanmışdır.

Azərbaycan şairlərindən Ə.Əlibəyli onun “Yürüş”, “Kolxoz pionerləri”, “Beş qəhrəman”, “Uşaqlar həyatda”, “Ulduz” və “Puşkinin heykəli qarşısında”, I.Soltan isə “Oynayırlar uşaqlar”, “Meşələr” şeirlərini dilimizə çevirmişlər (Dağıstan ədə­biyyatı antologiyası, 1959:133-135).

Qumuq ədibi Alimpaşa Salavatovun həyat yolunun və yara­dıcılığının öyrənilib təbliğ edilməsində xidmətləri böyük olan Kamil Sultanın „Yazıçılar haqqında xəbərlər“ məqaləsi aktual­lığı ilə seçilir. O, həm də dərs kitabları hazırlayan müəllif kimi tanınır.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin