Folklor instituti


Qumuq nəsrinin yaranması və inkişafı



Yüklə 4,03 Mb.
səhifə183/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   179   180   181   182   183   184   185   186   ...   211
2.5. Qumuq nəsrinin yaranması və inkişafı
Qumuq yazılı ədəbiyyatında ənənəvi və aparıcı janr poeziya olmuşdur. 1905-ci ildən sonra poeziyanın mövzusunda bir dəyişmə baş versə də Sovet hakimiyyətinin qələbəsindən sonra sənətkarlıq da, bədii dəyər də ideologiyaya qurban verilmişdir. Abdulla Mahammadovun “Lenin pamyatniqi”, Abdulla Başi­rovun “Lenin kim?”, Anvar Hajiyevin “Ürekge singen at”, “Partiya”, Əli Qaziyavın “Leninin gücü” kimi onlarla şeir və poeması sırf ideoloji məqsədlərlə yazılsa da, bunlar qumuq di­linin, poeziyasının inkişafına, ədiblərin sənətkarlığının cilalan­ma­sına müsbət təsir göstərirdi.

Qumuq ədəbiyyatına dramçılıq, nəsr kimi yeni janrlar da gəlirdi. 1920-ci illərin qumuq nəsrində K.Abakarovun adı bi­rinci Sovet qumuq povesti - “Avamlığın qurbanı”nın yazarı kimi çəkilir. Çünki ondan öncə Abdulhüseyin Ibrahimov (1890-1962) xanı öldürdüyünə görə özü də ölümə məhkum edilən şair Amanxorun yırlarından ilhamlanaraq yazdığı „Amanx“ romanını çap etdirə bilməmişdi. Çetin Pekaçar isə xalq heka­yələrindən, dastanlarından və yırlarından faydalanaraq yazıl­mış „Amanxor“ romanının ilk variantını A. Ibrahimovun 1915-ci ildə çap etdirdiyini, sonralar üzərində işləyərək bir xeyli dəyişikliklərlə iki dəfə nəşr etdirdiyini yazır.

K.Abakarovun “Avamlığın qurbanı” povesti çap olunandan sonra Abdulhüseyin Ibrahimovun “Ana ürəyi”, “Gəncliyim”, “Amanxor”, Kamal Abukovun (1938) “Halal savaşa gedib”, “Balyurdun işıqları”, “Üz-üzə”, Xayrulla Davudovun “Əziz təbiət”, “Meşə” və başqa nəsr əsərləri oxucuların mühakiməsinə verilmişdir. Gənc ikən denikinçilər tərəfindən güllələnən Zey­na­labidin anası Ümugülsümün dilindən Atqayın yazdığı “Mən ötkemmen” (“Mən qürurluyam”) povesti uzun illər gənc­lərin stolüstü kitabı olmuşdur. Bədii yaradıcılıqda ideologiyanı əsas götürən yazıçı və şairlər mükafatlandırılır, onlara fəxri adlar və vəzifələr verilirdi. Bu, bir tərəfdən əsərin bədii dəyə­rini aşağı salır, sənətkarlığa mənfi təsir göstərirdisə, o biri tə­rəfdən isə bu sahəyə marağı artırır, ədəbiyyata yeni gənclər nəs­linin gəlməsini şərtləndirirdi. Otuzuncu illərdə qumuq türk­cəsində “Yanqı kumuk adabiyatnı ösümleri” (1932), “Çiçek­ler” adlı ədəbiyyat topluları, eləcə də A.Mahammadovun, N.Xanmurzayevin, A.Suleymanovun, A.Başirovun, Y.Qereye­vin, Atqayın, A.Hasıyevin müxtəlif kitabları, Vahit Dadımovun, A.Latipin (Latip Mollayev) və b. əsərləri nəşr olunmuşdur.

1920-30-cu illərdə vətəndaş savaşından, kolxoz qurucu­lu­ğun­dan, dinə qarşı mübarizədən yazan qumuq yazıçı və şairləri Ikinci Dünya Savaşının başlanması ilə savaş mövzusunu önə çəkirlər. Alimpaşa Salavatov, Yusup Qereyev kimi gənc is­tedadlar savaşda həlak olurlar. Savaş illərində “Fronta, yoldaş, fronta” (1942), “Alqa, yoldaş, alqa” (1944) topluları ilə yanaşı, Anvar Hajiyevin, Atqayın, Abdulvahap Suleymanovun bu möv­zuda yazdıqları əsərlər ayrıca kitab şəklində nəşr olunur. Faşizm üzərində qələbə mövzusu 70-ci illərədək qumuq ədə­biyyatında aparıcı mövqedə olmuşdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin