Folklor instituti


Açar sözlər: Azərbaycan, Qaqauz Yeri, Komrat, Bucaq, mani və bayatılar



Yüklə 4,03 Mb.
səhifə30/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   26   27   28   29   30   31   32   33   ...   211
Açar sözlər: Azərbaycan, Qaqauz Yeri, Komrat, Bucaq, mani və bayatılar
Giriş
Çağdaş statistik qaynaqlarda dünya xalqları sırasında qa­qauzların da adı çəkilir. Onlar haqqında ensiklopedik soraq­ça­larda verilən bilgilər bir-birindən o qədər də fərqlənmir. Ək­səriyyətində yazılır ki, türk xalqı olan qaqauzlar əsasən Moldova, Ukrayna, Qazaxıstan Respublikalarında, Quzey Qaf­qazda, eləcə də Bolqarıstan, Rumıniya, Yunanıstan, Türki­yə və Amerikada yaşayırlar. Dindarları xristianlığın ortodoks (pravoslav) təriqətinə inanan qaqauzların sayı 200 min nəfər­dən çoxdur. Moldova Respublikasındakı Qaqauz Yeri Muxtar Vilayətinin 26 kəndində və Komrat, Çadır-Lunqa, Vulkaneş rayonlarında toplu, Bessarabka rayonunda bolqar, ukraynalı, moldav xalqları ilə qarışıq yaşayırlar. Qaqauzlar 1994-cü il dekabrın 23-də Qaqauz Yeri Muxtar Vilayətini qurmuşlar və türk dilinin güney-batı (oğuz) ləhcəsində danışırlar. 1957-ci ildən 1993-cü ilədək kiril əlifbası əsasında yaradılmış əlifba­dan istifadə etmişlər. Sovetlər Birliyi dağıldıqdan sonra bir çox türk xalqları kimi onlar da 1996-cı ildən latın qrafikalı əlifbaya keçmişlər (Dünya xalqları, 1998:89).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin