(“Tarafımın güzellii”)
Beşalma kəndinə həsr etdiyi şeiri də sosializmin tərənnümü mahiyyətindədir:
Aklımda, aklımda-
Başladı doorulmaa
Yaşaman, Beşalma,
Ellinci illerdä.
Vardı hem, Beşalma,
Tut onu aklında
Çorbacı bir adam-
O Simondu Bogdan!
Kolxozundu başı
Becerän bobası
Otuz yıl içindä
Insanın iiliinä
(Hep sana sarmaştım)
Ana dilində danışmaqla, onu zənginləşdirməklə, duyğularını və düşüncələrini bu dildə anlatmaqla qaqauz türkcəsinin inkişafına xidmət göstərmiş şair ömrünün son illərində yazdığı “Şeirlərimdə” adlı əsərində sanki xalqının qarşısında hesabat verir, ideyalarından dönmədiyini qürurla bildirir:
Şiirlerimdä xalqıma
Verdim emin ool kalmaa,
Hem dä ana dilimi
Korudum, nicä can yerimi.
Şeirlərimdä Bucaamı
Dön-dönä açıkladım,
Zerä odur baş hoşluum,
Ilk hem da bitki soluum.
Şair savaşa nifrətini dörd misralı “Məzarlıq” şeirində belə təsvir edir:
Ardına vatan cengi
Bastırdı aclık çirkin.
Kurşumsuz düştü insan
Can aldı o sıradan.
Qaqauz xalqının iç dünyasına yaxından bələd olan şair millətinin hüquqları uğrunda mübarizəsində də ön sıralarda olmuşdur.
Mina Kösənin yaradıcılığında vətəni Bucağın tərənnümunə həsr etdiyi və uşaqlar üçün yazdığı tərbiyəvi şeirlər də çoxdur. Bu da onun yaşam tərzi ilə bağlıdır. Onun hekayə və satirik şeirləri sağlığında çap olunmuş, əsərləri Azərbaycan, tatar türkcəsinə, ukrayna, moldovan, rus dillərinə çevrilmişdir.
Dostları ilə paylaş: |