Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə60/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   56   57   58   59   60   61   62   63   ...   211
(Filioğlu Vasi, 1995:31)
Göz atêrım: bu dolay

Ne gözäl, kıvrak giimni,

Yamaçlar, inip yola,

Karşılêêrlar geleni!


Soluêrım bol-bola,

Yutkunup damna-damna.

Güüs doymaz hiç bu solaa,

Tuz-taştan koparılma......



(Baş düverim)

“Benim Beşalmam”, “Bucak”, “Kısmet”, “Sevda”, “Ax, Ka­ra deniz!” ,“Insanın ustalıı”, “Xoş gelmişin”, “Ko güller”, “Ma­mu” və b. şeirlərinin adları şairin mövzu və əhval-ruhiy­yə­sindən xəbər verir.



Stepan Stepan oğlu Bulgar (10.06.1953, Ukrayna Respub­likası, Odessa vilayəti, Bolqrad rayonunun Kurçu kəndi). Qaqauz ədəbiyyatına nasir və naşir kimi daxil olmuşdur. Onun rəhbərliyi ilə qaqauz türkcəsində ilk ədəbi-bədii, tarixi, etno­qrafik jurnal - “Sabaa Ildızı” çıxır. Jurnalda çap olunan yazılar qaqauz ədəbiyyatının gəlişməsində (inkişafında) önəmli rol oynamaqdadır. Bu jurnalın sayəsində gənc istedadlar əsərlərini xalqa çatdıra bildiyi kimi, jurnal yeni nəslin ədəbiyyata gəlmə­sinə də yardımçı olur. Stepan Bulgar bir ara Qaqauz Yazıçılar Birliyinin sədri işləmişdir.

Unudulmuş qaqauzların taleyini daim diqqət mərkəzində saxlayan nasir tarixi mövzuya daha çox diqqət yetirir. Ikinci Dünya Savaşında Sovet dövləti tərəfindən mükafatlandırılan, lakin az təbliğ olunan insanlar haqqında yazmaqla onları ədəbi qəhrəmana çevirir. Hekayələrində ayrı-ayrı bölgələrdə yaşayan qaqauzların işlətdiyi, lakin ədəbi dilə keçməmiş şivə sözlərini gətirməklə ədəbi dili zənginləşdirir.

Yazıçı portret yaradarkən və personaj seçərkən xalq ənənə­lərindən – adamları ləqəblə, ayama ilə çağırmadan bacarıqla istifadə edir. Bu da elə ilk andaca oxucuda surətlərin xarakteri haqqında fikir formalaşdırır. Yazıçının əsərlərində xalqın gün­dəlik həyatından alınmış mövzular da çoxdur. Xəyanət, doğru­luq, xəsislik, tənbəllik, dostluq, çalışqanlıq və b. məsələlər istər tarixi, istərsə çağdaş mövzularda yazdığı hekayələrdə özünə geniş yer tapmışdır.

Qaqauzlar arasında geniş yayılmış nağılların üzərində işlə­məklə onları yazılı ədəbiyyat nümunəsinə çevirmişdir. “Dev adamın oolu”, “Trakalı Öküz” kimi nağılları ilə çağdaş qaqauz ədəbiyyatına yeni bir üslub gətirmişdir. “Kaurma” povesti də nağıl üslubunda və etnoqrafik cizgilərlə zəngindir. Yazarın “O insan”, “Annadılmadık istoriya”, “Kırmızı küpa taşı” , “Ekmek için”, “Utancak”, “Kendi başına”, “Joltay məzarlıı” və başqa kiçik hekayələrinin dili sadə, mövzusu hər birimizin bildiyimiz hadisələrdən olsa da, daşıdığı məna yükü, təsir gücü böyükdür.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin