Olqa Konistantin qızı Radova (Karanastas) (23.11.1958, indiki Moldova Respublikası Qaqauz Yeri MV Komrat rayonunun Konqaz kəndi). Kişinyov Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirən ədibin imzası mətbuatda 1987-ci ildə görünmüşdür.
“Güllər” şeirində O.Radova yazır:
Elimi qoydum ona
Ateş sarıldı bana:
Aucum çalı doldu,
Canıma sancı kondu... .
Bir kəndin kənarında “yapa yalnız” yaşayan qoca qarıya həsr etdiyi şeirində şair yazır:
O benzer yorqun aaca,
Karşı duran lüzqera.
Açıklı kırdı. Artık
Dalları onun kırık...
“Ilkyaz türküsü” almanaxına ədibin yuxarıda haqqında söz açdığımız iki şeirindən əlavə “Çorbaciylan kedi”, “Kismetmi bu?” şeirləri və “Düüş” hekayəsi də daxil edilmişdir. Ədəbiyyata şeir və kiçik hekayələrlə gələn O.Radova son dövrlər qaqauzların ədəbiyyatının, tarixinin, dialektlərinin öyrənilməsinə səy göstərir.
Dostları ilə paylaş: |