Folklor instituti


(“Sabaa yıldızı”, 2001:51)



Yüklə 4,03 Mb.
səhifə70/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   66   67   68   69   70   71   72   73   ...   211
(“Sabaa yıldızı”, 2001:51)

Tudora (Fedora) Ivan qızı Arnaut (6.09.1970, indiki Uk­ray­na Respublikası Odessa vilayəti Bolqrad rayonunun Dmiti­rovka kəndi). Doğulduğu kənddə orta məktəbdə oxuyarkən qa­qauz araşdırıcılarla birgə ekspedisiyalara gedərək folklor və et­noqrafik materiallar toplaması onun dünyagörüşünün formalaş­masına güclü təsir göstərmişdir. Ilk şeirlərini də orta məktəbdə oxu­yarkən, yəni 1986-cı ildə “Lıteratura şi Arta”da çap etdirmişdir. 1988-ci ildə qaqauzlar arasından seçilib Azər­baycanda təhsil almağa göndərilən iki gəncdən biri olmuşdur. Bakı Dövlət Univer­sitetinin Şərqşünaslıq fakültəsinin Türk bölümündə oxuyarkən ictimai işlərdə fəallıq göstərməsi ilə yanaşı, qəzet və jurnal­larda, radio-televiziyada, toplantılarda etdiyi çıxışlarla qaqauz­ları yaxından tanıtmağa çalışmışdır. Qaqauz türkcəsində yeni çap olunan “Ana sözü” qəzetinə Azərbaycanda abunə yazılanların sayının qaqauzların sayından çox olmasında Tudora Arnautun kənd-kənd gəzərək abunə kampaniyası aparmasının da rolu az olmamışdır (Şamilov, 1989: aprel)

Ilk şeirlərini vətənində və Azərbaycanda çap etdirən şairə qa­qauz ədəbiyyatına gətirdiyi yeniliklərlə də diqqəti özünə çəkmişdir. Qaqauz ədəbiyyatına hoyrat, qoşma, tapşırma, dodaqdəy­məz və b. janr və şəkillərin gəlməsi onun adı ilə bağlıdır.



O, təqlidçilik yolunu tutmamış, hər bir yeniliyə yaradıcı yanaşmağa çalışmışdır. Onun yazmış olduğu “Çağrı”, “Can ses eder, o kız sana aşık” dodaqdəyməzi dediklərimizə gözəl nü­mu­nə ola bilər. Azərbaycanda dodaqdəyməz, adətən, təcnis janrın­da yazılır və mövzusu da dərin psixoloji, didaktik, fəlsəfi yönlü olur. Tudora Arnaut isə sentimental, incə yumorlu bir dodaq­dəyməz yazmaqla janra da, mövzuya da yenilik gətirmiş oldu.

Senin canın yanêr ateş

Sizdä sensiz tek ses

Çiçeklerä sener kaşın

Neriye gitdi kızkardaşın?

Elde kaldı sarı çiçek

Ah-çekersin, gelecek

Gecenin yarısı, kışın

Nereye gitdi kızkardaşın?

Genä kış geçer, geler yaz

Cancazısa sıktı ayaz,

Ak yayer kara saçın

Nereye gitdi kızkardaşın?

Karardı açık tenın

Kär çalılar yakêr seni

Kıskançlıktan aker yaşın

Nereye gitdi kızkardaşın?

Al yanaanı serın çizer

Sancılar kanına dalêr

Ah, aldattı sanki acın

Gelin gider kızkardaşın.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin