Folklor instituti


Avropanın etkisi ilə yaranan ədəbiyyat



Yüklə 4,03 Mb.
səhifə88/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   84   85   86   87   88   89   90   91   ...   211
2.1. Avropanın etkisi ilə yaranan ədəbiyyat
Rusiya işğal etdiyi ərazilərdə toplumu idarə etmək, vergi toplamaq, dəftərxana işlərini qurmaq üçün yerli xalqlardan azsaylı kadrlar hazırlamağa çalışırdı. Yerli kadrlar da rus dilini öyrənməklə Avropaya çıxış, oradakı elmi, mədəni fikirlə tanışlıq imkanı əldə edirdi. Rusiya və Avropa ziyalılarının təsiri ilə onlar ədəbiyyata yeni ədəbi biçimlər-hekayə, povest, ro­man, sonet, dram kimi janrlar gətirirdilər. Rusiyanın hökumət idarələrində kiçik məmur kimi çalışanlar beləliklə fəhmlə də olsa, tarixini, ədəbiyyatını, folklorunu öyrənir, millətinin maa­riflənməsinə çalışırdılar.

Məhəmməd Hadinin qohumu Mustafa Lütfü Şirvani Həştər­xana gələrək burada “Bürhani tərəqqi” adlı qəzet açmışdır. M.Hadi də bir müddət bu qəzetdə işləmişdir. Qəzetin qarşısına qoyduğu məqsəd bölgədə yaşayan tatarların, qazaxların, no­qay­ların və b. türk xalqlarının anlayacağı bir dildə yazıb-oxu­malarına nail olmaq idi. Rus məmurları isə türk, müsəlman xalqlarının yaxınlaşmasını hökumət üçün böyük təhlükə hesab edirdilər. Odur ki, Mustafa Lütfü Şirvanini gizli sıxışdırmaqla yanaşı bəzi noqay ziyalılarını da onun əleyhinə qaldıra bildilər. Bəzi əli qələm tutan noqaylar “Bürhani tərəqqi” qəzetinin re­dak­torunu bölgədə dini ayrıseçkilik törətməkdə, şiəliyi təbliğ etməkdə suçlayırdılar. Mustafa Lütfü Şirvanda doğulmuş və sünnü təriqətinə mənsub birisi idi. O, atılan böhtanlara əsaslı dəlillərlə cavab versə də qəzeti qoruyub yaşada bilmədi.

Beləcə Rusiya bölgədə ənənənin davam etdirilməsini, ortaq türkcənin yaşamasını və gəlişməsini əngəlləmiş oldu.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin