Folklor instituti


Kuruptursın Başi ulu Orazbayev



Yüklə 4,03 Mb.
səhifə95/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   91   92   93   94   95   96   97   98   ...   211
Kuruptursın Başi ulu Orazbayev (1924, Dağıstan Res­pub­likası, Noqay rayonunun Boranşı kəndi-1990). Noqay ədə­biyyatında önəmli yer tutan yazıçılardandır. Ədəbiyyata şeir və hekayələrlə gəlmişdir. 1962-ci ildə “Gen çöllər”, 1964-çü ildə “Na­sip yıldızı”(Bəxt ulduzu) hekayə kitabları, 1970–ci ildə “Ata­dın quşağı”(Atanın qurşağı), 1976-cı ildə “Saban tübi” (Sarı qizıl), 1979-cu ildə “Danıl sagını” romanlarını nəşr etdirmişdir.

Söyün Imaməli ulu Kapayev (1927, Erkin Yurt kəndi -2001). Gənc yaşlarından şeir yazmağa başlamış, sonralar pub­li­sistika və nəsr sahəsində də qələmini sınamışdır. 1955-ci ildən noqayca çap olunan “Lenin yolu” qəzetinə redaktor təyin edi­lmişdir. 1957-ci ildə Stavropol Pedaqoji Institutunu bitirmişdir. Çox­sahəli yaradıcılığı olan S.Kapayev 1957-ci ildə “Dağ bulaq­ları”, 1958-ci ildə “Danıl uyandı” (Çöl oyandı), 1969-ci ildə “Yürek sırlarım” (Ürək sirrim) şeir kitablarını nəşr etdirmişdir.

Araşdırıcılar ədibin yaradıcılıq qaynağından söz açanda iki məsələyə diqqət yetirirlər. Zəngin noqay folkloru və özünün çətin həyat yolu. Çoxlu mahnılar və tərcümələr müəllifi kimi tanınan S.Kapayev üç roman, ondan çox povest və beş şeir kitabını noqay oxucusunun mühakiməsinə vermişdir. Onun “Tan­dır” (Təndir), “Yuvsan”(Yovşan) povestləri vaxtilə ən çox təb­liğ edilən əsərlər olmuşdur.

Ədəbiyyatda yeniləşmənin öncüllərindən olan yazar noqay­larda sərbəst vəzndə şeirin ustadlarından sayılır. Onun durna­lara xitabən yazdığı şeirdə deyilir:

Yarasık tı, - Gözəldir,

Şuvak bolup yaynaydı - Aydınlık olup parlar,

Küzgi kibik, küz kuni. - Güzgü kimi payız günü.

Tav betinde - Dağ belində

Kökşil turgan kök köldey, - Göydə duran göy göl kimi,

Köp-kömekyi - Tamam gömgöydü

Küz küninde kök yüzü. - (Güz) payız günündə göy üzü.

Sovet dönəmində ən çox inqilabdan, bolşeviklərin noqay xal­qını xoşbəxtliyə çıxardığından yazan S.Kapayev ömrünün son illərində çap etdirdiyi povest və hekayələr kitabını “Mü­qəddəs Quran” adlandırmışdır. Son illər xalq arasında geniş yayıl­mış əfsanə, əsatir, rəvayət və nağılları bədiiləşdirib oxuculara təqdim etməsi öncələr yazdıqlarının üzrxahlığı kimi başa düşülə bilər. Bəlkə elə buna görədir ki, son kitablarından olan “Noqay evi” noqayların stolüstü kitabına çevrilmişdir. Burada xal­qının tarixinə və etnoqrafiyasına geniş yer ayrılmışdır.

Söyün Kapayevin “Tazasu sərgisi” (1965), “Durnacık” (1974) və b. əsərləri noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır.


* * *
Sovetlər Birliyi çökdükdən sonra ədəbiyyatşünaslar 1920-30-cu illərdə M.Kurmanəliyevin, Z.Kabalıyevin, R.Kereyto­vun, I.Mirzayevin, V.Kazakovun formalaşdırdıqları ədəbiyyatı şüarçı ədəbiyyat kimi dəyərləndirirlər.

Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin