Appa Qala-Gerey ulu Canıbekov (Canibeklanı) (1860, Kuban quberniyasının Uçkulan kəndi-1934, Qızıl Pokun kəndi). Əsil adı Zəkəriyə olan şair xalq arasında Kalay oğlu Appa, Çamçı adı ilə tanınmışdır. Ömrünün sonunadək evlənməyən, günlərini at üstündə keçirən şair həcvləri ilə xalqının sevimlisinə çevrilmişdir. Cəmiyyətdəki sosial ədalətsizliyi, insanların pis əməllərini poetik dillə tənqid etdiyinə, həcvlər yazdığına görə iki dəfə Sibirə sürgün edilmiş, 11 il sürgün həyatı yaşamışdır.
Kalay oğlu Appa 1905-ci ildə Türkiyəyə köcən dəstə ilə Istanbula gedir. Orada kukla oynadanlar və məddahlarla tanış olur. Türkiyədə qala bilməyib vətənə dönən şair burada kuklalar düzəldib oynatmaqla özünün satirik şeirlərini və həcvlərini söyləyirmiş.
Şairin şeirlərinin bir qismi toplanaraq 1995-ci ildə “Kalay ulu Appanın izin izlay” (Kalay oğlu Appanın izi ilə) adı altında çap olunmuşdur.
Dostları ilə paylaş: |