Folklor instituti


Daut Paqo ulu Bayqulov (Bayqullanı)



Yüklə 4,03 Mb.
səhifə130/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   126   127   128   129   130   131   132   133   ...   211
Daut Paqo ulu Bayqulov (Bayqullanı). (1902 Kuban qu­ber­niyasının Yuxarı Mara kəndi -1942, Ikinci Dünya Savaşı). Kənd məktəbini bitirən Daut 1925-ci ildə müəllimlər hazırlayan kursu bitirdikdən sonra kənd məktəbində dərs de­məklə yanaşı, “Taulu caşav” qəzetinin kəndli müxbiri vəzifə­sini də yerinə yetirmişdir. 1929-cu ildə onu Rostovdakı Kommunist Ali Məktəbinin jurnalistika bölməsində oxumağa göndərmişlər. Oranı bitirdikdən sonra “Qızıl Qaraçay” qəzetində işləməyə başlamışdır.

29 yaşında “Bekmurzanın həyatı“ hekayəsini çap etdirmiş, həmin il yazarın “Cangı caşavğa cırla“(Yeni yaşam mahniları) adlı kitabı da çap olunmuşdur. “Mariyam bla efendi” (Məryəm və Əfəndi), “Şamay alğın bla endi” (Şamay öncə və indi), “Za­lixat“ poemaları, “Yenidən” əsəri və b. poetik nümunələri onun məhsuldar yaradıcılığından xəbər ve­rir (Literatura narodov..., 1999:167-168)

Qaraçay folklorunun toplanması və nəşrində də əməyi olan Daut Bayqulov A.S.Puşkinin bir sıra əsərlərini də ana dilinə çevirərək nəşr etdirmişdir.

Ikinci Dünya Savaşına hərbi müxbir kimi qatılan Daut Bay­qulov cəbhədə həlak olandan sonra da onun əsərləri unu­dul­mamış, dönə-dönə çap olunmuşdur.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin