Folklor instituti


Tanzila Mustafa qızı Zumakulova (Zumakullanı) (



Yüklə 4,03 Mb.
səhifə137/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   133   134   135   136   137   138   139   140   ...   211
Tanzila Mustafa qızı Zumakulova (Zumakullanı) (1934, Kabarda Malkar Respublikasının Kirxojan kəndi-indiki Tırna­vuz şəhəri). Şairə də uşaqlıq illərini Qırğızıstanda sürgündə ke­çirmişdir. Ilk şeirlərini orada yazmağa başlamış və 1954-cü ildə mətbuatda çap etdirmişdir. “Kayada külle” (Qayada gül­lər) ad­lı ilk şeirlər kitabı 1959-cu ildə Nalçikdə çap olunmuş­dur. Ana dilində və rusca 20-yə yaxın kitabı çap olunan Tanzila Zu­makulova qaraçay-malkarların ilk qadın şairidir ki, M.Qorki adına Ədəbiyyat Institunu bitmiş və 1974-cü ildə RSFSR-in M.Qorki adına Dövlət Mükafatını almışdır.

1970-ci ildə “Tav ayaz” (Dağ ayazı-1967) və “Çıraxtan”(Çilçıraq-1969) kitablarına gö­rə Kabarda-Malkar Respublikasının Dövlət Mükafatını almış Tanzila Zumakulovaya 1982-ci ildə Kabarda-Balkar, 1994-cü ildə isə Qaraçay-Çərkəz xalq şairi adı verilir.



Onun kitablarına aşağıdakıları nümunə göstərmək olar: “Tav­lanı jırı” (Dağların nəğməsi, 1962), “Tav ayaz” (Dağ aya­zı, 1967), “Çiraxtan” (Çilçıraq) (1969), “Göz jarıq” (Göz işiğım) (1976), “Jazıysuz jazmala” (Yazılmamış yazılar) (1977), “Ata üyüm” (Ata evim, 1984), “Saylamala. Eki tomluk” (Seç­mələr. Iki cilddə, 1989), “Saylamala” (Seçmələr, 1994) və s. Tanzila Zumakulova yaradıcılığında milli ruh daha qabarıq şəkildə duyulur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin