Folklor instituti


Zeynalabid Nuhay oğlu Batırmurzayev (



Yüklə 4,03 Mb.
səhifə171/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   167   168   169   170   171   172   173   174   ...   211
Zeynalabid Nuhay oğlu Batırmurzayev (1897, Tersk vi­layətinin Yaxsay kəndi-1919). Gənc yaşlarından bədii yara­dicilığa başlamış, atası ilə birgə “Tanq çolpan” jurnalını çıxar­mış­dır. Jurnalın 1917-ci ildə 4, 5, 7, 8 saylarında “Dağıstan ta­rixinə bir qarab” (Dağıstan tarixinə bir baxış), 1918-ci ildə 9 sayında “Dağıstanda tarixi günlər“ məqalələri çap olunmuşdur.

Onun yaradıcılığında döyüşkən ruh hakimdir. Qumuq türk­lərinin milli oyanışa gec qaldıqlarını şeirində xalqına belə çat­dırırdı:



Tuwdu Çolpan, tang bilindi,

- Doğdu Dan ulduzu, sabah bilindi,



Boldu uyanma zaman.

- Oyanma zamanı gəldi.

Şawla aldı dünya yüzün,

- Işıq aldı dünya üzünü,



Yuxlağanımız taman.

- Yuxulamağımız yetər.



Gözüng aç, dört yakğa qara!

- Gözünü aç, dörd yana bax!



Getdi kerwan erterek.

- Getdi karvan erkəndən.



Biz geçigip kalğanbız,

- Biz gecikib qaldıq,



Enni hozğalma gerek.

- Artıq hərəkətə geçmək gərək.

Zeynalabidin çağrı xarakterli bu şeiri „Tenlik“ təşkilatının 1990-cı ildə çap etdiyi bülletenin birinci səhifəsində də çap olunmuşdur. Bu bir daha onu göstərir ki, bol­şe­viklərin qurmuş olduğu dövləti 1990-cı illərdə yıxmaq istəyənlər də fanatik kommunist kimi tanıdılan Z.Batırmurzayevin şeirindən istifadə etmişlər. Bu da onu göstərir ki, Z.Batırmurzayev bolşevik dü­şüncəli bir insandan çox, haqsızlığa dözməyərək ona etiraz edən, xalqının xoşbəxt gələcəyini arzulayan, bu yolda canından keçənlərdən birisi olmuşdur.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin