Folklor instituti


Temirbolat Biybulat oğlu Biybolatov



Yüklə 4,03 Mb.
səhifə172/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   168   169   170   171   172   173   174   175   ...   211
Temirbolat Biybulat oğlu Biybolatov (21.12.1879, Teymur­xan­şura dairəsinin Töben (Aşağı) Qazanış kəndi-20.02.1942, Qazaxıstan Respublikasının Qaraqanda şəhəri). Qumuq ədə­biy­yatında süjetli poemaların yaranmasında böyük rol oynamış şairin yaradıcılığı çoxsahəlidir. Gənc yaşlarından çar Rusiya­sının Dağıstan Atlı Polkunda zabit kimi xidmət etməsinə bax­mayaraq inqilaba qoşulmuş, mədəni-maarif sahəsində də gü­cünü sınamış, qumuq teatrının formalaşmasına böyük əmək sərf etmişdir. O, böyüklər üçün həvəskar teatr truppası təşkil edib tamaşalar göstərməklə yanaşı, uşaqlar üçün “Çiçəklər”, “Qış”, “Yaz“, “Börkçü” səhnəciklərini yazdığını da müasirləri xatırlayırlar.

1922-ci ildə „Şamil“, „Qazi Molla“, „Qara günlər“, 1928-ci ildə “Dağıstanda ulu inqilab”, “Xaspolad”, “Imam Əzəm və onun oğlu Əzəmət” və b. poema, pyeslər yazan T. Biy­bo­latov haqqında tanınmış qumuq bilgini Abdulhakim M. Hacıyev yazır: „Qumuqların ilk edebiyat ve kültür dergisi „Tan çolpan“ın, ku­muk tiyatrosunun, halk oyunları ve şarkıları toplusunun kuru­cularından birisi olan Temirbolat Biybolatov, çalıştığı bütün sa­halarda halka faydalı bir çok işe imza attı. Besteci olarak bir çox bestenin yanı sıra “Şamil”, “Tan çol­pan” operalarını, şair olarak pek çok şiirin yanında “Hacı Mu­rat”, “Stepka Razin”, “Mədəndə yarış” ve başqa manzumeleri, dramaturg olaraq “Şamil”, “Su perisi“ ve beşqa piyesleri ya­ratmış, çevirmen olarak V.Şekspirin, F. Şillerin, A.S.Puşkinin M.Y.Lermantovun ve başka ünlü şair­lerin eserlerini kumuk türkçesine çevirmiştir” (Türkiye dışın­dakı..., 2002:237, 20-ci cild). Kadr çatışmadığın­dan o çox vaxt tamaşalarda aktyorluq və rejissorluq etmişdir.

Dağıstanda teatr texnikumunun, 1930-cu ildə Qumuq Döv­lət Dram Teatrının və Dağıstan Mahnı və Rəqs Ansamblının yaradılmasında onun böyük rolu olmuşdur. Tamaşalara musiqi yazan, çox vaxt ifaçı kimi də çıxış edən T.Biybolatov hətta „Iki açar“ adlı film çəkməyə də nail olmuşdur.

T.Biybolatov bolşeviklərə inanıb onların yolunda əldə silah döyüşməsinə, sosializm quruculuğunun fəallarından olmasına, əsərlərində Sovetlərin ideologiyasını müdafiə etməsinə bax­mayaraq mətbuatda və toplantılarda dəfələrlə kəskin tənqid edilmişdir. Tarixi mövzuda yazdığı əsərlərdə faktlara obyektiv yanaşmağa cəhd göstərdiyinə, dağlıların qəhrəmanlıqla çar Rusiyasına qarşı vuruşduqlarını yazdığına görə I.Aurbiyev onu “Şamil, Sovet ideologiyası və T.Bulatov” adlı məqaləsində kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bol­şeviklərlə T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad görmək üçün yollar arayırdı.

Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şeks­pirin „Otello“, „Romeo və Cüllyetta“ faciələrini, Lope de Ve­qanın „Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin „Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b. əsərləri ana dilinə çevirmişdir.

Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet ir­ticasının qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlan­dırılaraq həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda həbs­xanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.

Əli Qaziyav (1879, Dağıstan, Endrey kəndi-1964). Yara­dıcilığa Birinci Dünya Savaşı illərində Dağıstan Atlı Alayının tərki­bində döyüşlərdə iştirak edərkən başlamışdır. Qopuz çalıb sarın­lar (bayatılar) oxuya-oxuya özü də yenilərini yaratmağa başlamışdır.

Şair Sovet dövründə kəndli komitəsində, kənd sovetində iş­lə­miş, kolxozu, sosializmi tərənnüm edən, Ikinci Dünya Savaşı illərində faşizmi tənqid və təhqir edən, söyən şeirlər yazmışdır.

Şairin “Qaziyav Əli mahnı deyir”, “Qocanın qılıncı”, “Ok­tyabr bəhrələri”, “Seçilmiş əsərləri” adlı kitabları nəşr olunmuş və ona Dağıstanın xalq şairi adı verilmişdir. Antologiyada T.Əliyevin tərcüməsində “Ay işığı və qırmızı işıq”, “Onun öm­rü uzun olsun”, “Qarğıdalı dəni” şeirləri çap olunmuşdur (Da­ğıstan ədəbiyyatı antologiyası, 1959: 20-23).


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin