Folklor instituti



Yüklə 4,03 Mb.
səhifə18/211
tarix10.01.2022
ölçüsü4,03 Mb.
#109924
1   ...   14   15   16   17   18   19   20   21   ...   211
Zunun Qədiri (1911, Tarbaqatay vilayətinin Dörbilcin qə­sə­bəsi - 24.09.1989, Almatı şəhəri). Kasıb bir ailədə dünyaya gələn Zunun Qədiri yeni uyğur ədəbiyyatında, xüsusən də nəsr və dramçılığın inkişafında böyük əməyi olan ədiblərdəndir. 1937-ci ildə yazdığı “Cahalətnin capası” (Cəhalətin cəfası) adlı pyesi ilə ədəbi mühitə atılan Zunun Qədiri “Uçraşkanda” (Gö­rüşüncə), “Partizanlar etriti” (Partizanlar dəstəsi), “Hər işnin yoli bar” (Hər işin bir yolu vardır), “Qunçəm” (Qönçəm), “Gül­nisa” dramları ilə uyğur ədəbiyyatını zənginləşdirmişdir.

Yeni uyğur nəsrində yeni bir cığır açan Zunun Qədiri 1940-ci ilin ortalarından etibarən hekayə yazmağa başlayaraq 1945-ci ildə “Muəllimnin xəti” (Müəllimin məktubu) və “Rodipay”, 1946-cı ildə “Küçükkə hucum” (Küçüyə hücum) və “Ikki bar­mikim bilən” (Iki barmağımla), 1947-cü ildə “Güman” və 1948-ci ildə “Mağdur ketkəndə” (Məğdur gedərkən), 1950-ci ildə “Toy” dramını, daha sonra isə əkinçilərin həyatından bəhs edən “Çin qış” (Çətin qış), “Rəhmət” (Təşəkkür), “Esləş” (Xa­tırla), “Qızıl gül” hekayələrini yazır.

1950-1960-cı illərdə uyğur nəsrinə və dramçılığına ən də­yərli əsərlərini verən Zunun Qədiri Qazaxıstana gələrək orada yaşamış və orada da ölmüşdür. Qazaxıstanda daha çox milli ruhlu əsərlər yaratdığına, Çində gördüklərini tənqid etdiyinə görə son illər o, Çinin hakim dairələri tərəfindən sevilməyən insana çevrilmişdir.


Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin